Azərbaycannin Avropa Şurası Parlament Assambleyasındakı (ASPA) nümyəndə heytinin rəhbəri, deputat Səməd Seyidov Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun barəsindəki sentyabrın 18-də verilmiş qərara münasibət bildirib.
Deputat "Turan" agentliyinə açıqlamasında deyib ki, bu, düzgün bir qərardır.
"Bu qərar ən əsası ictimai fikrə hakimiyyətin hər bir qolunun diqqətlə yanaşmasının konkret göstəricisidir” - deyə S. Seyidov vurğulayıb.
O, hesab edir ki, ölkə göz önündə dəyişir, bu dəyişikliklər həyati əhəmiyyət kəsb edir. Onun fikrincə, bu yol çoxçətin bir yoldur:“Bu yol çox çətin bir yoldur. Bu müqavimətlə rastlaşan bir yoldur. Bunu həmişə görmüşük. Elə T. Yaqublunun işi də bunu birbaşa bizə göstərir. Ancaq əminəm ki, artıq bu istiqamətdə atılmış və atılacaq addımlar hökumətə daha ciddi, daha kəskin, israrlı islahatlar aparmağa təkan verəcək”.


Şərhlər
1-ci dəfə verilən qərar-şərləyib tutdurmaq qərarı necə,düzgündür?Bundan niyə danışmırsan ay millət vəkili.
Tofiq Yaqublunun həbsinin sifarişçisi niyə aşkar edilmir?Ay Seyidov (yarı erməni) əgər ciddi adamsınızda buna da aydınlıq gətirin.j
Cəmiyyət üçün və ölkəmizin beynəlxalq aləmdə onsuz da mənfi imicini daha da dərinləşdirən hər hansı problem yarananda hakimiyyətin məddah nümayəndələri özlərinin prezidentinin qərararından sonra dilə gəlirlər. Səməd Seyidovun bu çıxışı həmin çərçivənin bariz nümunəsidir.Əlavə şərhə ehtiyac yoxdur.