Belə qəbul olunub ki, ədalət tanrıçası Femida gözlərində sarğı şəklində təsvir olunsun. Ticarət və diplomatiya tanrısı Hermes isə yunan panteonunda gözü açıq formada olmalı idi. Bu qədim müdrikliyin MDBMİ-də (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu – red.) öyrənilib-öyrənilmədiyini iddia etmirik. Amma yenə ümid etmək istəyirsən ki, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarına zamanında belə bir şeyi başa salıblar ki, ştatlı diplomatlar məlumatlı olmalıdır. Xüsusən də əgər onlar “kameralar altında” mətbuatla açıq söhbətə çıxırlarsa.
Belədirsə, o zaman Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son brifinqində baş verənləri necə izah etmək olar?
Yada salaq ki, tədbirdə Rusiya diplomatiyasının rəsmi nümayəndəsinə belə bir sual verilib ki, onun ölkəsinin XİN-i işğal altındakı Azərbaycan torpaqlarında Ermənistanın qanunsuz məskunlaşma siyasəti aparmasını, o sırada Livandan olan etnik ermənilərin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi dəyərə malik Şuşaya köçürülməsi faktını necə şərh edir?
Jurnalistlər həmçinin bu cür fəaliyyətin 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu ona xatırladaraq vurğulayıblar ki, “Müharibə dövründə mülki əhalinin qorunması haqda 4-cü Cenevrə Konvensiyasına görə, işğalçı dövlət öz mülki əhalisini işğal elədiyi ərazilərə köçürməməlidir”. Beləcə, jurnalistlər əslində özləri – məhz özləri! – faktları və “hüquqi qovluğu” ortaya qoymaqla Rusiya XİN-in yerinə bütün işi görüblər.

Bəs xanım Zaxarova nə edib? Rusiya XİN-nin rəsmi sözçüsü Azərbaycana aid sualı açıq-aşkar qıcıqla oxuyandan və sualın həddən artıq “uzun” olduğunu donquldayandan sonra sadəcə, “üzməyə başlayıb”. Bildirib ki, bəs “biz Dağlıq Qarabağın faktiki hakimiyyət orqanlarının Livandan olan erməniləri öz nəzarətlərindəki ərazilərə köçürmək niyyəti haqqında eşitmişik, iki livanlı ailənin Dağlıq Qarabağda yerləşmək istədikləri barədə də oxumuşuq. Lakin livanlı qaçqınların Dağlıq Qarabağa və onun ətrafındakı ərazilərə real axını barədə təsdiqlənmiş məlumatımız yoxdur”. Ardınca isə qeyd edib ki, “artıq diqqəti bölgədəki qaçqınlar və məcburi köçkünlər problemi də daxil olmaqla, Qarabağ məsələsinin həllinə yönəlik danışıqlar prosesinin bərpasına yetirməliyik”. Eyni zamanda, o, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə məsləhətləşmələrini xatırladıb.
Əlbəttə, diplomat karyerasında xətalar olur. Hətta N sayda da ola bilir. Məsələ ondadır ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkədir. Bu isə apriori diplomatların, illah da Xarici İşlər Nazirliyi sözçüsünün işdən xəbərdar olmasının zərilliyini diktə edir. Xüsusilə də Azərbaycan diplomatiyasının bir neçə həftədir diqqət çəkdiyi məsələlərdə.

Azərbaycan Xarici İşlər Nazirliyi hələ avqustun 15-də erməni işğalçılarının işğal altındakı torpaqlarımızda tikinti işləri aparmasını sübut edən peyk şəkillərini yaymışdı. Bakı AŞ PA da daxil olmaqla, bir çox beynəlxalq platformalarda işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırılması məsələsini qaldırıb və qaldırır. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanın təcavüzkar ritorikası və işğal olunmuş ərazilərdəki qanunsuz fəaliyyəti, o cümlədən qeyri-qanuni məskunlaşma barədə BMT Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubu BMT-də yayılıb.

Nəhayət, videolar və fotoşəkillər mediada da yayımlanıb. Hə, bir də “tort üstündəki albalı” məsələsi var: məlumdur ki, Ermənistanın İran və Türkiyə ilə sərhədləri və İrəvanın “Zvartnots” hava limanındakı nəzarət məntəqəsi rus sərhədçilərinin nəzarətindədir. Və buradakı hərəkətlərin koordinasiyası elədir ki, xaricə getməsi məhdudlaşdırılan şəxslərin Rusiya tərəfindən tutulan “qara siyahıları” Ermənistana da şamil olunur. Bu haqda yeri gəlmişkən, ukraynalı siyasətçi, Ali Radanın deputatı Mustafa Hayem da danışıb. Di gəl, Zaxarova “Bütün ölkələrdə Femida kordur, Rusiyada isə - xanım Diplomatiyadır” üslubunda zəhərli şərhlər üçün nə qədər istəsən, səbəb verməklə iddia edir ki, məsələdən tam bixəbərdir.
Tamam, çox sərt olmayaq. “Həyatda hər şey ola bilər, böcək də vızıldayır, öküz də uçur” üslubunda müdrik xalqların çoxsaylı incilərini nəzərə alaq. Tutaq ki, Lubyanskaya meydanı Smolenskaya meydanı ilə məlumat paylaşmır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə, sadəcə, bir şeyi nəyə görəsə insani baxımdan izləməyib. Ola bilsin, o, rəqs dərslərində imiş, rəsmi sammitlərə aid fotoşəkilləri öyrənirmiş, yaxud Hollivud “kino klassiklərini” təzədən nəzərdən keçirirmiş və ya sosial şəbəkələrdən “asılıb qalıbmış”.
O qədər işlər var ki. Bu axı canlı insandır.
Fəqət, yenə düz gəlmir. Bəli, xanım sözçünün imkanı vardı brifinqdə desin ki, məsələdən xəbərdar olmayıb, ancaq suala daha sonra aydınlıq gətirəcək və ən əsası, belə fəaliyyətin qanunsuz olduğunu təsdiqləyə bilərdi. Konkret paraqrafı göstərilən Cenevrə Konvensiyasının mətnini yoxlamağa çox zaman gərək deyil axı. Ancaq xanım mətbuat katibi ayrı yolla getdi və özündən çıxdı: bəli, o, Livandan olan iki erməni ailəsinin həqiqətən Qarabağda yerləşməyə qərar verdiyini eşidib və oxuyub.
Burada daha incə şəkildə izah etməyə çalışaq. Bir qaydanı ağıldan çıxarmamaq yaxşı olar: həyatda elə məfhumlar var ki, onlara münasibətdə “bir azca” və ya “qismən” anlayışları keçərli deyil. Və həmin “iki livanlı ailə” haqqında danışan xanım Zaxarova təsdiqləmiş oldu ki, o, “mövzu”nun içindədir.
Özü də o, məhz erməni mediasının materialları ilə tanışdır, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri, AŞ PA-dakı nümayəndə heyətimiz və s. daxil olmaqla, Azərbaycan diplomatlarının müraciətləri ilə isə tanış deyilmiş. Hətta erməni tərəfinin təsdiqlədiyi ən azı iki ailənin köçürülməsi faktını belə, o, reaksiya vermək və mövqe ifadə etmək üçün səbəb saymır. Bu isə artıq , “korluğ”un xüsusi növüdür, hansı ki, “yaxından baxıb görməmək” adlanır.

Ən əsası, bütün bunlar çox xoşagəlməz bir fonda baş verir. Bu yaxınlarda, Tovuzdakı erməni silahlı təxribatının baş verdiyi günlərdə və ondan dərhal sonra Rusiyadan Ermənistana 10-dan çox hərbi nəqliyyat təyyarəsi vasitəsilə ümumi çəkisi 510 ton olan silahları hədiyyə olaraq çatdırılması barədə xəbərlər haqlı olaraq Azərbaycan ictimaiyyətini qəzəbləndirmişdi. Yenə bu yaxınlarda, Rusiya-Ermənistan birgə təlimləri keçirildi. Həmin təlimlər zamanı erməni “zinvorları” rus “böyük havadarları” ilə birlikdə pilotsuz uçan təyyarələrlə necə mübarizə aparmağı, “şərti düşmən”in arxasına keçməyi və əsirlər götürməyi öyrənirdilər. Bir sözlə, atmosferin nə qədər qızğın olduğunu və ikitərəfli münasibətlərdəki gərginliyi azaltmaq və gələcək “eroziyaları” önləmək üçün diplomatlardan hansı səylərin tələb olunduğunu təsəvvür etmək çətin deyil.
Və belə bir “elektrikləşmə” fonunda xanım Zaxarova jurnalistlərin önündə çıxaraq bəyan edir: mən Azərbaycan Xarici İşlər Nazirliyi və onun rəhbərinin açıqlamalarından xəbərdar deyiləm, köçürülmə barədə Ermənistan KİV-lərində oxumuşam, ancaq Rusiya Xarici İşlər Nazirliyi beynəlxalq humanitar hüququn bu cür açıq və kobud pozulmasına cavab verməyə ehtiyac görmür.
İndi bunu necə başa düşək? Bu, sadəcə görünməmiş bir qeyri-peşəkarlıqdırmı? Hansı Moskva tezliklə vəziyyəti inkar etməyərək situasiyaya aydınlıq gətirməyə çalışacaq? Yoxsa Smolenskaya meydanında (Rusiya XİN-in yerləşdiyi ünvan – red.) Bakı-Moskva münasibətlərində konstruktiv bir atmosferin qorunması üzərində işləməyə lüzum görmürlər?
Bütün hallarda top bu gün meydanın Rusiyaya aid yarısındadır. Bakıda isə hadisələrin inkişafını izləyir və reaksiya və qərar vermək hüququnu özlərində saxlayırlar. Çünki yaxşı qonşuluq münasibətləri üzərində hər iki tərəf işləməlidir. (minval.az)

Şərhlər
Sonralar Putin onu aradzn götürdü.İndi bir gün de onın özü limi birisi onu arsdsm hötürevrk yeni Rusiyanın çöküşü labüddürb edünuznın vsnı ondan qurtara r bur akdiomadır SSRİ-Taleyi Rusiyznı da gözleyit ve eyni senarı ild o da dağılacaq
SSRİ dağılanddn sonra bir rus general var idi :Lebed.Onun bir sözü var idi .Deyirdi ki Rusiysnın veziyyeti zorlanmış nir qızın veziyyetine oxşayır.Onun bir elavı qalır ki müqavimet göstermeden oda oz işinde olsun.
SSRİ dağılandam sonra Rusiyanın veziyyeti çıx pis idi.Yeltsin saat 11- den vurmağa başlayırdı ve her gün eyni dalğa eyni koordinat.Rusların bir generalı var idi Lebed.Onun bir meşhur dözü var idi .Deyirdi ki , Rusiyanın beziyyeti zorlanmış bir wızın beziyyetindedir Onu bir çıxış yolu var :müqavimet göstermeden o da öz işinde olsun Sonralar o Krasnoyarskin qunernatoru oldu.Özünü prezidentliye mamizrd berdi.
Dünyada ərazimizi tanımaq istəməyən bircə ermənilər var! Qanuni vəzifəsi olan ordumuz sərhəddimizdən icazəsiz keçən hər bir elementi sayıq izləməli və məhv etməlidir! İstər livanlı olsun, istər N.V.Paşinyanın vertolyotu?
bu erməni haxçixinə nə deyəsən? sadəcə ürəyinizdəki ən pis sözə layiqdi bu kərtənkələyanın "sevimli" işçisi.
bəs Zaxarovanın azərbaycanlı rəfiqəsi və kopiyası Leyla Abdullayeva haqda heç nə yazmamısınız. Səbəb nədir? Leyla xanımın Zaxarova ilə sıx münasibətləri mövcuddur. Onun həyat yoldaşı, Xİn-də idarə rəisi Hüseynin və onların gizli hamisi Araz Azimovun Rusiya ilə əla münasibətləri vardır, hətta Xİn-in işərisində Xİn-də yaradıblar. Odur ki, Mamamdyarov getsə də, ruslar XİN-də qalmaqda davam edirlər.....
Sumqayıt, 20 yanv, 20 noy, 14.06.88 tarixli fərman, DQMV və ətrafının işğalı bizim adlarını gizlətdiyimiz Kreml haylarının ssenarisidir! Mariya isə Lavrovun qulluqçusudur! ...
Bu qadın başqa işlər üçün yaranıb,səhvən gəlib düşüb bu işə. Ona görə də düzü,əyri,əyrini düz görür və dərk edir
YAP-dan bashqa hami bilir ki Rusiyanin isteyi nedir. Yap ise valinkoy prikidivayetse
Bu bçıxışı ilə Mariya Zaxaryan şərab düşkünü olan,daşıdığı vəzifəyə uyğun gəlməyən birisinə çevrilib.
Siz Rusiyanın ətəyindən bərk tutun.Onsuzda Rusiya bizə məhəl qoymadan öz bildiyini eləyir..Bunu dəqiq bilin muharibəsiz Qarabağı almaq qeyri mümkündür.
Bu insana bənzər məxluqun cavabı müharibə meydanında verilməlidir. Yoxsa qabağınızdan yeyəcəksiniz? Seçim sizindir!
Bu rusiya ile qurtarmaq lazimdir .Ermenler lazimdir onlara getsinler qoy qardashlig elesinler.Bizim qardash Turkiyemiz var .Rus bolmesine gore berkede MDB de 1-ci yerdeyik.Qoyun Rus bolmesini ermenler acsin .
Burada rusiyaliq bir ish yoxdur, sadəcə Azərbaycan hakimiyyəti ve xarici işlər nazirliyi qoyulmuşdu ve hamını qoyun yerine qoyur