“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, qocaman jurnalist Nəsir Əhmədli çalışdığı təhsil ocağına gedərkən orada qarşılaşdığı sürpriz hadisəylə bağlı sosial şəbəkədə yazdığı qeydində bildirib.
Professorun sözlərinə görə, mühafizəçi onun vəsiqəsinə baxandan sonra təəssüflə başını yelləyərək deyib:
- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
- Niyə ki?
- Yaşınız 65-dən çoxdur.
Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm. Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü...”


Şərhlər
Görəsən bu yaş məsələsi yuxarıda oturan məmurlara niye aid deyil
Eyni mütəxəssis 45 yaşlı heç də 60 qədər dərrakəli ola bilməz! 65 yaş hüquqa ziddir, Sonra da 2li standart filan deyirik? Bəs, Qarabağ hərbi genosid qurbanlarının hüquqlarını Avropa, Kreml, Azərbaycan hakimiyyətləri, Məhkəmələri qarşısında neçə dəfə qaldırmışıq?
Nəsir mnüəllim,bəlkə dincəlməyin vaxtıdır?Vaxtı ilə sizin sözlərinizə bəstələnmiş "Çoban Qara" mahnısını züm-zümə edə-edə təqaüdünüzü alın və istirahətinizi maraqlı keçirin.
Yaş məhdudiyyəti müəllim professor heyətinə aid olmamalıdır. Nə çoxdur dövlət qulluğunda yaşı 65-i ötmüş işçilər.
Düz buyursunuz, cənab professor. 65 dən yuxarı yaşlı "Qısır atlar"in hakimiyyəti mohkemlenanda bu günü ehtimal etmək asan idi. Sadəcə professor kimi yox, adı məntiq ilə nəzər salmaq kifayət edirdi. Çünki biz analoqsuz parodokstandayiq.
Düz buyursunuz, cənab professor. "Qısır atlar"in hakimiyyəti berkidende bu günü ehtimal etmək asan idi. Sadəcə professor kimi yox, adı məntiq ilə nəzər salmaq kifayət edirdi