Məhəbbət Vəliyeva necə alim olub?

Ali Attestasiya Komissiyasınındakı neqativ hallar tez-tez tənqidə tuş gəlir. Plaqiatlıqla yazılan, öz elmi işindən xəbərdar olmayan alimlərin sayı durmadan artır. Onlardan biri də Təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır. 

Məhəbbət Vəliyeva 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (Bakı Slavyan Universiteti) "Rus dili və ədəbiyyatı müəllimi" ixtisası üzrə bitirib. 24 ildən sonra yadına alim olmaq düşüb, özü də “Psixologiya” ixtisasından. 

2014-cü ildə 46 yaşında “Müəllimlərdə kommunikativ və didaktik qabiliyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri" mövzusunda psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 

Görəsən bu barədə Təhsil naziri Emin Əmrullayev nə düşünür? 

R.Hüseynov

635x100

Şərhlər

qqqq-1200 2020-09-25 15:45:56

Məhəbbət xanım əsl vətənpərvər bir ailə də böyüyüb əsl Azərbaycanlıdır vətənini sevən bir polkovnikin qızıdör bütün nəsli Azərbaycana xidmət edir,dayısı,Qarabağ qazisi,qardaşı ehtiyyatda olan polkovnikdi...

RAMİL 2020-09-25 12:37:58

Ümumiyyətlə eimi adlara fəlsəfə sözünü calamağın mənası anlaşılan deyil.Axı Fəlsəfə elmi,fəlsəfi düşüncə,fəlsəfi fikirkimi ifadələr nə texnika, nə tibb,nə tarix üzrə elmi adlara aid ediən bir şey deyil.Bu əlavənin sahə,ixtisas üzrə elmi adlara yapışırılması başa düşülən deyilvə doğru olmayan mülahizənin məhsuludur.

Tofig 2020-09-25 10:12:48

bu menasız "xəbərdi" ... Bu andan bu sayt mənim üçün bitib!

Aborigen 2020-09-24 22:26:45

Mən hörmətli R.Hüseynovun yazdıqlarından bir zad anlamadım. Məgər Psixologiya elm deyil? Yoxsa müəllifə alimin 44-45 yaşında müdafiə etməyi xoş gəlmir? Məncə psixoloq olmaq heç vaxt gec deyil. Mən bir qadın tanıyıram ki, onun psixoloji istedadı 70 yaşında özünü biruzə verdi və qadının ətrafındakıların hamısı psixoz oldu. İndi hörmətli R.Hüseynov bu qadının psixoloq olmağına şübhə edir.

X- persona 2020-09-23 13:24:32

эту надо спросит научного руководителя этого псевдоученого, а также ученого совета который присудил это звание

t.ədalət 2020-09-22 11:33:02

Məhəbbət xanımı qınamaöa dəyməz.Misir Mərdanovun nazir olduğu dövr saxtakarların meydan suladığı zaman idi.Nə qədər adam saxta diplom aldı.O vaxta kimi ki Beynəlxalq universitet,Odlar diyarı universiteti və başqaları yarandı və pulunu ver,hansı diplomu istəyirsən al-adi hal aldı.

Doğru 2020-09-22 08:09:10

Necə alacaq? Gərgin əmək sayəsində. Tər töküb alıb

X 2020-09-21 17:56:05

Geydirme generallarimiza baxanda buna sukur..Alverciye general rutbesi verilir. Aglamali deyilmi

X 2020-09-21 17:53:59

Ne olsun ne qeder saxta generallarimiz var

Şəkili 2020-09-21 17:20:18

Şəkidən təyin olunmuş deputat Vüqar İsgəndərovun bütün sənədləri saxtadır, fikir verən yoxdur...?

Haqq sözü 2020-09-21 16:51:06

Ramiz Mehtiyev akademikdirsə, bu xanım nə üçün fəlsəfə doktoru olmasın

Ailəyə-Vətənə məhəbbət 2020-09-21 15:41:07

Bircə Məhəbbət deyil ki, Sovetdən sonrakı xüsusilə fəlsəfə doktoru adları 99% saxtakarlıqdır! Azərbaycan Türk danışığını anmayanlar belə öz millətini etnos(Jirinovskinin xətrinə Merinos da adlandırardı ki) təki ona haylar da doxdur adı versinlər!

Mehdi 2020-09-21 14:07:24

Həlbət Gulumsərov kimi alimdir.O da mandarini limona calaq edirdi.Yəqin bu da həkim pesəsini muəllim pesəsinə calaq edecək.

Eldəniz 2020-09-21 13:28:10

Bizim hətta deputatlar və icra başçılarından da çoxlu geydirmə alimlərimiz var ... Biləcəridən üzü bu tərəfə tanınmir heç...

Son yazılar