Menu

Şəhid olan çavuş tovuzludur - 2 övladı var

21.09.2020, 12:19
Şəhid olan çavuş tovuzludur - 2 övladı var

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, ailəlidir və 2 azyaşlı övladı var.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Şərhlər

NƏZAKƏT 2020-09-21 17:31:39

Allah rəhmət eləsin

NƏZAKƏT 2020-09-21 17:31:33

Allah rəhmət eləsin

t.ədalət 2020-09-21 13:30:30

Şəhid olan çavuş azərbaycanlıdır.Allah rəhmət eləsin!

Eldəniz 2020-09-21 13:05:14

Allah rəhmət eləsin sehidimize ...Bu erməni celladlarinin cavabı verilemese bunlar dayanan deyil bunun evezi mütləq alınmalıdır....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol