Menu

ABŞ və Çinin qarşılıqlı investisiya qoyuluşu 9 illik minimumu yeniləyib

21.09.2020, 13:55
ABŞ və Çinin qarşılıqlı investisiya qoyuluşu 9 illik minimumu yeniləyib

Bu ilin I yarısında ABŞ və Çin arasında qarşılıqlı investisiya qoyuluşu 10,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 9 illik minimumun yenilənməsidir.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə Çindən ABŞ-a investisiya qoyuluşu 38,2% artaraq 4,7 milyard dollara çatıb. Kəskin artım Çinin “Tencent Holdings Ltd” şirkətinin ABŞ-ın “Universal Music Group Inc” şirkətinin 3,4 milyard dollar dəyərində səhmlərini alması hesabına baş verib.

Hesabat dövründə ABŞ-dan Çinə investisiya qoyuluşu isə 31% azalaraq 4,1 milyard dollara düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol