İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb
Baxiş sayı:
Dərc olunub:
22/09/2020 - 14:18
Türkiyənin İstanbul şəhərində ABŞ vətəndaşı olan jurnalist Andre Vlçekin meyiti tapılıb.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, jurnalistin meyiti sentyabrın 22-də səhər saatlarında şəhərin Beyoğlu rayonunun Karaköy məhəlləsində avtomobilində aşkarlanıb.
Jurnalistin meyiti Karaköyün Kemakeş küçəsindəki bir mehmanaxananın qarşısında tapılıb.
Bildirilib ki, 57 yaşlı Andre Vlçek Rusiyada doğulub. O, həyat yoldaşı Rosse İndira Vlçek və iki sürücü ilə birgə 9 gün Türkiyənin Samsun şəhərində qalıblar. Oradan isə kirayə götürdükləri “VİP” xidmət avtomobili ilə İstanbula yola düşüblər.
Jurnalistin ölüm səbəbi məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.