ERMƏNİSTANIN DANIŞIQLARI "BƏRPA ETMƏK" CƏHDİ - XİN rəhbərinin "sülh bəyanatı" nəyə hesablanıb?

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır. 

Bunu Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan deyib.

O, sülh prosesinə alternativin olmadığını bildirib: "Biz sülh yolu ilə nizamlanmaya sadiqik. Biz sülh prosesinin davam etdirilməsinə məhz bu məntiq çərçivəsində hazır olmuşuq və hazır olaraq qalırıq”.

Mnatsakanyan xatırladıb ki, Azərbaycan tərəfi ilə son görüş yanvarda keçirilib, amma buna baxmayaraq, İrəvanın sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qətiyyəti heç zaman azalmayıb.

"Biz bunu etməyə (Bakının nümayəndələri ilə görüşməyə -red.) hazırıq. Hazırda məsləhətləşirik, həmsədrlərlə danışırıq, işləyirik", - deyə Mnatsakanyan vurğulayıb.

Ermənistan XİN rəhbərinin bu bəyanatı ermənilərin qızğın müharibə hazırlıqları apardığı vaxta təsadüf etməklə, xeyli paradoksaldır. Məlumdur ki, Baş nazir Nikol Paşinyan Müdafiə Nazirliyinə əhalinin orduya cəlb olunması, könüllü dəstələrin yaradılması, onlara təlim keçirilməsi ilə bağlı göstəriş verib.

Erməni mediası prosesin gedişi ilə bağlı vaxtaşırı məlumatlar yayır. Onun həyat yoldaşı Anna Akopyan da təlimlərdə əli silahlı poz verir.

Bundan başqa Rusiyadan Ermənistana intensiv silah daşınması ilə bağlı təsdiqlənmiş məlumatlar var.

Azərbaycan rəhbərliyi bununla bağlı rəsmi Moskvanın qarşısında suallar qaldırıb. Rusiya rəsmilərinin verdikləri dolaşıq izahatlar Kremlin məqsədlərini pərdələyə bilmir. Azərbaycan və onun müttəfiqi Türkiyə prosesi diqqətlə izləyir və Bakı ən yüksək səviyyədə Ermənistanın yeni təxribatlara hazırlaşdığını bəyan edib. Azərbaycanla sərhəddə Ermənistan ordusu hər gün təxribatlar törədir, cəbhədə vəziyyəti gərginləşdirir.

Xaric İşlər nazirinin "sülh danışıqları" barədə bəyanatı Ermənistanın qeyd olunan bu hərəkətləri ilə üst-üstə düşmür. Görünür, rəsmi İrəvan cəbhədə qaçılmaz olan toqquşmalardan əvvəl belə diplomatik manevrlər etməklə beynəlxaq qınaqlardan yayınmağı hədəfləyir.

Məlumdur ki, Ermənistanın müharivə hazırlıqlarına qarşı Azərbaycan da adekvat tədbirlər görür. Prezident İlham Əliyev də bunu öz çıxşında vurğulayıb.

Prezident deyib: “Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Qeyd edək ki, ordumuzun döyüş hazırlığının artırılması üçün Azərbaycan Türkiyə ilə birgə hərbi manevrlərlə yanaşı müdafiə istehkamlarının qurulması, əhali üçün sığınacaqların tikilməsi, habelə ehtiyatda olan əsgərlərin təlimlərə cəlb olunması və sair istiqamətlərdə işlər həyata keçirilir.

Ölkə Prezidenti də bəyan edib ki, Silahlı Qüvvələr düşmən təxribatlarını dəf etməyə, ona sarsıdıcı zərbələr vurmağa hazırdır: “İyul təxribatı - o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk Qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq”.

Beləliklə, Rəsmi Bakı diplomatik müstəvidə mövqelərini tam açıqlayıb. Azərbaycan daha nəticəsiz sülh danışıqları aparmaq niyyətində deyil. İşğalçı qəsb etdiyi ərazidən çıxmalı və kommunikasiyalar bərpa olunmalıdlır. Yalnız bundan sonra Dağlıq Qarabağın Azərbaycanın suverenliyi çərçivəsində yekun statusunun müəyyənləşdirilməsi üçün beynəlxaq vasitəçilərlə birgə danışıqlara hazırdır.

Ermənistan tərəfi isə Rusiyanın dəstəyi ilə destruktiv mövqeyindən geri çəkilmir, işğalçılıq siyasətini davam etdirməyə çalışır. Ermənistanın baş naziri Nilol Paşinyan hətta sələflərindən daha aqressiv mövqe tutaraq Azərbaycanla danışıqlar üçün şərt də irəli sürmüşdü. Təbii ki, cavabını da almışdı. “Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar”, – Prezident İlham Əliyev bildirmişdir.

Buna görə də indi Ermənistanın Xarici İşlər nazirinin sülh danışıqlarına hazır olduqlarını bildirməsi, sadəcə, blefdir.

Görünür, cəbhədə yeni təxribatara hazırlaşan Ermənistan rəhbərliyi, Zohrab Mnatsakanyanın ifasında "sülh danışıqları" nağılı səsləndirməklə, beynəlxaq ictimaiyyəti növbəti dəfə aldatmağa cəhd edir.

Elçin

AzPolitika.info

635x100

Şərhlər

XALQa, Xalxa 2020-09-24 06:10:15

Qarabağ həlli Konstitusiya andına uyğun Azərbaycan sərhədlərini hər xarici müdaxilədə qətiyyətlə müdafiədən ibarətdir! 27 illik fora da verib ki, bu haqq işimizə heç tərəf qarışa-mane ola bilməz, mən B.Q.

XALQa 2020-09-24 05:54:04

Azərbaycan BMT TŞnin Qarabağ həllini də İş

.EJDER NAQILBAZ 2020-09-24 00:40:14

BU BIZIM ANALOQU OLMAYAN XArici siyasetimizin,,UQURU,,DUR

Xalx 2020-09-23 12:50:51

Nə danışıq, nə həmsədr... Hərbi yoldan başqası yoxdur.

Aborigen 2020-09-23 11:52:17

Əgər ermənistan rəhbərliyi açıq şəkildə deyirsə ki, bizim bir qarış da torpaq qaytarmaq fikrimiz yoxdur, onda danışıqlar nə üçün aparılmalıdır?

Az.ABŞ sıfirinə 2020-09-23 10:33:40

Cənab SƏFİR, Cənab M.Pompeo, eləcə BMT TŞ və ATƏT Mq nümayəndələrinə də xəbəriniz faydalı olar ki, danışıqlar yalnız işğalçı Ermənistanla keçirilsin. Mövzu isə-Niyə 27 ildir Qarabağla birgə hərbi işğaldan geri çəkilmirlər, artıq iki milyon olmuş azərbaycanlı ailələri Qarabağa öz mülklərinə qayıda bilsinlər?

Vidadi GÖYÇƏYə 2020-09-23 10:24:56

Dilini bilirsənsə? Beynini də işlət ki, dediyin dilçəyə heç olmasa üç aya çatasan.

vidadi goyce 2020-09-23 09:00:36

meri kunem

Kamil 2020-09-23 07:55:14

sülh danışığı 27 ildir davam edir. Artıq düşmənlə qabaq-qabağa oturmaq məğlubiyyəti bir daha təsdiqləməkdir.

Xalq 2020-09-22 21:19:15

salam, ey qeyd-şərtsiz 30 illik danışıqlar. Əlvida Qarabağ. 30 ildən sonranı xalq görməyəcək. Ümid qığılcımı bu gün sondü.

t.ədalət 2020-09-22 20:57:32

ermənistanla danışıqlara getmək olmaz.Bu tülkülər,görünür,nəyisə qərara alıblar.Biz irəliyə,torpaqları azad edsənədfək irəliyə getməliyik!

Son yazılar