Menu

Təhsil Nazirliyindən koronavirusun aşkarlandığı şagirdlərlə bağlı məlumat

22.09.2020, 22:19
Təhsil Nazirliyindən koronavirusun aşkarlandığı şagirdlərlə bağlı məlumat

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la olan məlumatı açıqlayıb.“Report” xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Məlumata görə, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir.

Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37 dərəcədən yüksək hərarət müşahidə edilib.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol