“Bilmirəm, açıqlamanı kim və kimin tapşırığı ilə verib. Yaxşı olardı ki, onlar müharibə qanunlarını öyrənsinlər. Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən. Paşinyanın arvadı əli avtomatlı, hərbi formada mənim ölkəmə işğalçı kimi gəlibsə, onu ya öldürməli, ya da əsir götürməliyik”.
Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmiş fikirləri ilə bağlı Müdafiə Nazirliyinin bugünkü açıqlamasına münasibət bildirərkən deyib.
Partiya sədri fikirlərinin davamında deyib: “Müdafiə Nazirliyinin açıqlama verən o xanımı və ya kişi cinsindən olan təmsilçisi, desin, görək onlar müharibə başlayacağı təqdirdə nə edəcəklər? İkincisi, düşməni əsir götürmək öldürməkdən daha humanist addımdır. Həmçinin desinlər, görək düşməni əsir götürməkdə mənəvi dəyərlərə zidd olan nədir? Yaxşı olardı siyasi məsələlərlə məşğul olmaq əvəzinə güclü ordu qurmaqla məşğul olsunlar”.


Şərhlər
Süşmənin ağına da lənər qarasına da, kuşisinə də lənət qadınına da
Qüdrət bəy! Sizi dəstəkləyirik, düz deyirsiniz düşməni ya öldürərlər, ya da əsir götürərlər.