QHT Şurası rüşvətə görə həbs edilən dekan müavininə qrant ayırıb - 40 min manat

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə ayırdığı QHT-lər arasında “İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin təqdim etdiyi “Ödənişsiz hüquqi məsləhət günləri təşəbbüsü” adlı layihə insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Reportyor.info xəbər verir ki, məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin 7 min manat qrant ayırmişdı.

Şuranın bu qərarına etiraz edənlər bildirirlər ki, bu təşkilatın sədri kimi təqdim olunan Məhəmməd İmanlı 2012-ci ildə dələduzluq maddəsi ilə həbs olunan BDU hüquq fakültəsinin sabiq dekan müavinidir.

Bildirilir ki, Azay Quliyev Məhəmməd İmanlıya yenə “yaşıl işıq” yandırıb. “Vətəndaşların hüquqi maarifləndirilməsi” layihəsinə görə onun QHT-sinə 40 min manat ayrılıb.

Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdı.

Məhkəmə Məhəmməd İmanlının ittiham olunduğu CM 311.3.3-cü maddəsinin həmin məcəllənin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib və onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

635x100

Şərhlər

Nürəddin Qocayev 2020-09-28 10:09:26

Azay Quliyevin bu quruma rəhbərlik etməyə mənəvi haqqı yoxdur.

Qərənfil 2020-09-27 14:02:50

Məhəmməd İmanlının gəlişi ilə Hüquq və İnsan Haqları İnstitutu həqiqətən məhv oldu. Əvvəldən də orada qayda-qanun yox idi. İndi korrupsiya baş alıb gedir.

Qəzənfər 2020-09-27 14:00:27

Bu ki, Aytən Mustafazadənin nümunəvi və sevimli kadrıdır ki... AMEA-nın Hüquq və İnsan Haqların institutunun 2-ci direktoru Məhəmməd İmanlıdır da. Artıq 7 aydır ki. Aytən xaım instituta gəlmir. İdarəçilik Məhəmməd müəllimin əlindədir. Görəsən, Ramiz Mehdiyev hara baxır?!

əməkdaş 2020-09-27 13:00:19

Hüquq və İnsan Haqları institutuna gələndə Məhəmməd İmanlı hamıya məni PA-nın rəhbəri Ramiz Mehdiyev göndərib deyirdi. İşlədiyi şöbədə h.ü.f.d. dosent, savadlı hüquqşünas, Qarabağda döyüşmnüş Allahverdi Teymurovu direktorun köməui ilə yolunun üstündən dötürdü ki, əməkdaşlarə əsarət altında saxlasın. Ancaq yenə də elm "alveri" ilə məşğul olur. Direktorun sevimli kadrıdır. .

Millət 2020-09-27 12:47:06

Məhəmməd İmanlı BDU-da etdiyindən də artıq əməlləri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda edir. Əməkdaşların gözünün odunu elə alıb ki hamı ondan qorxur. Bu ixtiyarı ona direktorŞ sabiz deputat Aytən Mustafazadə verirb. Çünki İmanlı alver işində səriştəli adamdır. Xanım direktoru n otağına əliboş girmir. Bunu bütün əməkdaşlar görür. Məhəmməd İmanlı bu gün Mustafazadənin dəllalı vəzifəsini icra edir. Bu institut batırdı, İmanlı onu daha da batırdı.

Alim 2020-09-27 12:32:47

Məhəmməd İmanlı artıq 3 ildir ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda baş elmi işçi, əslində isə şöbə müdiri vəzifəsində işləyir. İnstitutun direktoru Aytən Mustafazadə ona yaşıl işıq yandırıb. Məhəmməd İmanlı şöbədə kimi istəyir işdən qovdurur, kimi istəyir aparıcı elmi işçi vəzifəsinə qaldırır, istədiyi tanışlarını yüksək məbləğ qarşılığında işə düzəldir. Aytən Mustafazadə institutun külli ixtiyarını Məhəmməd müəllimə həvalə edib.

t.ədalət 2020-09-27 09:40:46

Azərbaycanda QHT-lərə maliyyə bizi Rusiya işğalçılığını tənqid etdiyimizə görə təhdid edən,"Avrasiya mətbuat fondu" deyilən qurumun adı altında pərdələnən Umud Mirzəyevin rəyi ilə aparılır.

Kələntər 2020-09-26 23:49:52

Azay Quliyev yəqin ki özü də ..: su axar çuxuru tapar.....

Rehman feyziyev 2020-09-26 23:25:11

Azerpoctun bash gehremani Emin Efendiyevden de yazin. Azerpoctu yaman gune goyub.

Son yazılar