“Azərbaycan ordusu əsas yolları nəzarətə götürüb” - Qondarma "prezidentdən” etiraf

Qondarma “dqr prezidenti” Araik Arutyunyan Xankəndində qondarma “parlamentin” fövqəladə iclasında çıxışı zamanı Azərbaycan ordusunun Dağlıq Qarabağda əsas yolları nəzarətə götürdüyünü açıqlayıb. 

“Mən həmvətənlərimizi hərəkəti məhdudlaşdırmağz çağırıram, ən zəruri hallarda yola çıxmaq lazımdır. Çünki onlar artıq yolları hədəfə götürüblər”,-Arutyunyan bildirib.

Qondarma rejimin rəhbəri deyib ki, indiki halda panika ölümə bərabərdir . Bu da ermənilərin panika işində olduğundan xəbər verir. 

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi düşmənin Ağdərədə yerləşən hərbi qarnizonunun mühasirəyə alındığını açıqlayıb və erməni komandalığına təslim olmaq çağırışı edib.

Hərbi ekspertlər qeyd edirlər ki, Ağdərə polkunun mühasirəyə düşməsi Ağdam və Tərtər istiqamətindən gedən əsas yolların, o cümlədən Xankəndi-Ağdərə yolunun ordumuzun nəzarəti altına düşməsi halında mümkün ola bilərdi.

635x100

Şərhlər

Ülviyyə 2020-09-28 16:26:13

Allah bütün ordu heyətini qorusun. Var olun

Mehemmed 2020-09-28 15:21:27

Ireli Azerbaycan esgeri !!! Qelebe bizimledir !

Agasef Qedirov 2020-09-27 18:13:50

Xalq milli ordunun yanindadir ve ona tam inanir.

Son yazılar