“Şəhər və qəsəbələri tərk edin, dərhal Ermənistana qaçın” - Paşinyandan ermənilərə cağırış

Ermənistan baş naziri Nikol Paşinyan Yerevanda parlamentin iclasında Dağlıq Qarabağda yaşayan erməniləri təcili olaraq şəhər və kəndləri boşaltmağa, Ermənistan ərazisinə qaçmağa çağırıb. Virtualaz.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Paşinyan çıxışında bildirib ki, Azərbaycan ordusunun bu gün səhərdən başlayan hücumları şiddətlə davam edir.

“Bizim hərbçilərimizin müqavimətinə baxmayaraq böyük acı hissi ilə təsdiq edirəm ki, Azərbaycan ordusu hələ də hücumu davam etdirir. İlk növbədə sizin təhlükəsizliyinizi rəhbər tutaraq dərhal yaşadığınız şəhərləri və qəsəbələri tərk etməyə, Ermənistan ərazisinə keçməyə çağırıram”- deyə, Ermənistan baş naziri Qarabağ ermənilərinə müraciətlə bildirib.

Komik duruma düşən Paşinyan vəd edib ki, Qarabağdan qaçan ermənilər narahat olmasınlar, "erməni ordusunun səyi ilə sonradan öz evlərinə geri qayıda biləcəklər”.

Paşinyanın bu bəyanatı erməni ordusunun sarsıdıcı məğlubiyyətə uğradığını təsdiq edir. Cəbhədən yeni qələbə xəbərlərini tezliklə xalqımıza çatdıracağıq!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar