“Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir” – Deputat Vüqar Bayramov

Sentyabrın 27-dən 28-ə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edib. Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir. 

Bu barədə “AzPolitika.info”-ya döyüş bölgəsində - Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd deyib ki, erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşların atəşə tutulması faktları var. V.Bayramov həmçinin vurğulayıb ki, dünən səhərdən etibarən minlərlə Füzili sakini toplaşaraq Ali Baş Komandana və orduya öz dəstəklərini nümayiş etdiriblər: “Füzuli sakinləri Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar. Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar