Menu

“Azərbaycan Dağlıq Qarabağa nəzarəti tam ələ ala bilər” – Türkiyəli məşhur ekspert

28.09.2020, 13:42
“Azərbaycan Dağlıq Qarabağa nəzarəti tam ələ ala bilər” – Türkiyəli məşhur ekspert

Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) Təhlükəsizlik Araşdırmaları üzrə rəhbəri, dos. dr. Murat Yeşiltaş Ermənistanla Azərbaycan arasında başlayan hərbi qarşıdurmanın perspektivlərini şərh edib.

“AzPolitika.info” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, o, toqquşmaların məhdud və ya uzun bir müharibəyə çevrilə biləcəyini və beynəlxalq və regional konyukturanın bunun üçün çox uyğun olduğunu qeyd edib. Yeşiltaş vurğulayıb ki, bu müharibədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz nəzarəti altına ala biləcəyi realdır.

Yeşiltaş, Ermənistanın diplomatiyadan uzaq olduğu və təcavüzkar davranışı səbəbindən Dağlıq Qarabağ probleminin həll oluna bilmədiyini söyləyib: “Azərbaycan da Dağlıq Qarabağ probleminin diplomatiya yolu ilə deyil, silahlı münaqişə yolu ilə həll edə biləcəyinə inanır. Xalq yeganə yolun hərbi güc tətbiqi olduğunu açıq şəkildə görməyə başladı”.

Murat Yeşiltaş Azərbaycanın son illərdə Ermənistanın təxribatçı hücumlarına müdaxilə edərək özünü müdafiə hüququndan istifadə etdiyini bildirib: "Texnoloji cəhətdən özünü yeniləyən və təchiz edən, Ermənistanın hücumlarına cavab verən Azərbaycan indi dəyişib. İndi bu məsələdə çox güclü bir inam və iradə var. Azərbaycanın Dağlıq Qarabağı geri almaq prosesinə başlaya bilərdi. Azərbaycan olduqca hazırlıqlı idi. Düşmənə çox ciddi bir cavab verdiyini gördük”.

Hücuma Türkiyənin diqqətini qeyd edən ekspert, hadisələrin regiondakı situasiyaya necə təsir edə biləcəyindən də danışıb: "Ermənistanın Azərbaycana qarşı təcavüzkar münasibətinin bir çox səbəbi var, amma ən əsası Türkiyənin gücləndiyi bölgələrdən diqqəti yayındırmaq ola bilər. Şərqi Aralıq dənizində Fransa, Rusiya ilə Liviyada, Suriyada problemlər yaşayırıq. Şərqi Aralıq dənizindəki diplomatik təmasların gedişində Azərbaycan-Ermənistan münaqişəsinin qapılarının yenidən aralanması diqqət çəkir. Bununla Türkiyə diplomatiyasının əlini zəiflətmək üçün mesajlar verilə bilər”.

Ermənistanın, sahib olduğu təbii sərvətlərin Azərbaycana verdiyi töhfəni və inkişafı aydın şəkildə görməyə başladığını vurğulayan Yeşiltaş, düşmənin hər fürsətdə fərqli nöqtələrdən hücumlar təşkil edərək, buna zərər verməyə çalışdığını vurğuladı. Ekspert Ermənistanın Azərbaycana qarşı erməni diasporundan istifadə edərək, daxili ictimai rəyi birləşdirməyə və dinamizm yaratmağa çalışdığını da bildirib.

Azərbaycanla Ermənistan arasındakı gərginliyin qısa müddətdə dövlətlərarası qarşıdurmaya çevrilə biləcəyini deyən Dos. Yeşiltaş, bu qiymətləndirmələri də aparıb: "Bu, iki ölkə arasında məhdud bir isti qarşıdurmaya, müharibəyə və ya uzun sürən müharibəyə çevrilə bilər. Beynəlxalq və regional konyunktura çox uyğundur. Əlbəttə ki, Türkiyə, Rusiya, Fransa və ABŞ kimi böyük aktorların münasibətinə baxmaq lazımdır. Bu, ciddi bir müharibəyə səbəb ola bilər və hətta Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz nəzarəti altına alması ilə nəticələnə bilər. Əslində dünən səhər edilən hücumlardan sonra Azərbaycanın bəzi kəndləri geri aldığını gördük və bu son dərəcə vacibdir”.

Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanın Cənubi Qafqaz bölgəsini xeyli dərəcədə sabitsizləşdirəcəyini dilə gətirən Dr. Yeşiltaş, beynəlxalq aktorların bu riski ala bilməyəcəyini vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Türk 2020-09-28 14:16:45

Ala bilər yox,almalıyıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol