“İncirlikdəki varlığımız bitməyəcək" - Pentaqon Türkiyə ilə möhkəm əməkdaşlıqda maraqlıdır

Britaniyada nəşr olunan “The Times” qəzeti NATO-nun Türkiyədə yerləşən İncirlik hava bazasının köçürüləcəyi barədə xəbər yayıb. Qəzet iddia edir ki, ABŞ Dövlət katibi Mayk Pompeo Yunanıstana səfər edərkən bu barədə yerli rəsmilərlə danışıqlarda bildirib.

ABŞ Müdafiə Nazirliyi xəbəri təkzib edərək belə bir planın olmadığını bəyan edib.

Pentaqon rəsmiləri bildiriblər ki, ABŞ-ın İncirlikdə varlığının davam etməsi Türkiyə ilə möhkəm əlaqələrin davam edəcəyini göstərir.

“İncirlikdəki varlığımız bitməyəcək. ABŞ Türkiyə hökumətinin dəvəti ilə on illərdir İncirlik Bazasından əməliyyatlarını davam etdirir. ABŞ İncirlik, ABŞ və NATO müttəfiqi Türkiyənin davamlı əməkdaşlığı arasında möhkəm bir əlaqə olduğunu göstərir. Müdafiə Nazirliyinin İncirlikdəki varlığını bitirmək planı yoxdur”- deyə bəyanatda vurğulanır.

AzPolitika.info

.
635x100

Şərhlər

t.ədalət 2020-09-29 11:56:03

Qəhrəman Türkiyə nə yaxşı ki varsan!Sən bizi həm erməni təhlkükəsindən,həm də kürd azğınlığından qoruyan yeganə və əbədi bir qalasan!

Son yazılar