Menu

“Ermənistan Rusiyadan, digər ölkələrdən dəstək almasaydı...” - Türkiyə XİN başçısı

30.09.2020, 12:48
“Ermənistan Rusiyadan, digər ölkələrdən dəstək almasaydı...” - Türkiyə XİN başçısı

“Ermənistan bu gün başqa ölkələrdən, Qərbdən, hətta Rusiyadan dəstək almasaydı, bu cəsarəti özündə tapmazdı”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyənin bu gün digər ölkələrlə müdafiə sənayesi, hərbi sahədə əməkdaşlığı olduğu kimi, Azərbaycanla da əməkdaşlığı olub: “Hətta hamıdan çox Azərbaycanla əməkdaşlıq etməliyik. İndiyə kimi Azərbaycan öz Ordusunun döyüş qabiliyyətinin güclənməsində, öz torpaqlarını işğaldan azad etmək üçün lazımi tədbirlər görüb. Azərbaycan ehtiyacı olan müdafiə sənayesi ilə bağlı ləvazimatları bizdən və ya başqa ölkədən idxal edib. Bu, Azərbaycanın ən təbii haqqıdır”.

Türkiyə XİN başçısı qeyd edib ki, Ermənistan Yaxın Şərqdən gətirdiyi erməniləri qeyri-leqal şəkildə işğal etdiyi torpaqlara yerləşdirir.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması Ermənistana sərf edir.

Şərhlər

Xalq 2020-09-30 15:08:13

Nə yaxşı ki, Sizlər varsınız! Sizi bizə yetirən Allaha qurban olum!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol