“Bişkek müqaviləsi artıq əhəmiyyətini itirib” - Zahid Oruc

“Prezident İlham Əliyevin dünən Rusiya telekanalında yayımlanan “60 dəqiqə” verilişində çıxışı ilə informasiya savaşında da uğurlu mövqe təqdim etdi”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, orada səslənən bütün fikirlər bizim üçün tezis olmalıdır: “Orada 3-cü dövlətlərin də bu savaşda iştirakı məsələsinə toxunuldu. Azərbaycan Prezidentinin dünənki çıxışı onun siyasi və informativ savaşı da uğurla apardığını göstərdi. Azərbaycan Ordusu yeni hərbi siyasi reallıq yaradır. Bunun nəticələri Bişkekdə deyil, Şuşada olan müqavilə ilə nəticələnəcək. 1994-cü ildə imzalanan Bişkek müqaviləsi artıq əhəmiyyətini itirib. Şəhid adlarının verilməsi ilə bağlı parlament öz mövqeyini göstərməlidir. Cəmiyyətdə belə bir mövqe var ki, bizim qələbələrlə başlayan bu savaş şəhidlik və s. kimi adlarla insanlardan çağırışlar var. Bu yanaşmaları da tribunaya gətirməklə xalqın səsinə səs vermiş olar. O cümlədən bu gün biz hamımız bu savaşın bir hissəsiyik, mediada, beynəlxalq ictimaiyyətdə və s. sahələrdə üzərimizə düşən vəzifəni yerinə yetirməliyik.

635x100

Şərhlər

Xalq 2020-09-30 15:28:48

Düppədüz.

MUTLEQ QERAR ! 2020-09-30 14:14:36

Bişkek müqaviləsi choxdan tarixin zibilliyine atilib, 30 ildir ki, ishqalchi Ermenistan Kremlin ve Fransanin himayedarliqi ile, ATƏT - in Minsk Qrupu hemsedrleri formatinda , HIYLEGERLIKLE, IMITASIYA OYUNBAZLIQI ilə MENASIZ , NETICESIZ "danishiqlar" - da VAXT UZATDI.......,putin, kalataryan, shoyqu, kaspshik, makron, merkel ve digerler, " narahat olanlar" mahnisini oxudular ve indiki zamana qeder oxuyurlar........., bunlar Azerbaycan xalqina DUSHMENCHILIK ETDILER....., BMT Təhlukəsizlik Shurasinin Daqliq Qarabaq ve etrafindaki 7 rayonlarin ermeni ishqalindan azad olunmasi barede qəbul edilmish 4 Qətnamesi ICRA OLUNMAYIB INDIYE QEDER......., NIYE ?????????? Azerbaycanin Milli Meclisi TECILI olaraq QANUN QEBUL ETMELIDIR Azerbaycan erazisinin 30 il ermeni ishqalinda qalmasi barede ve bu QANUNU, DAYAMADAN, INTENSIV, AKTIV TERZDE, BUTUN BEYNALXALQ TESHKILATLARA GONDERMEK LAZIMDIR, MUTLEQ .

Son yazılar