ORDUMUZ VURUR, DİPLOMATİYAMIZ İRƏLİLƏYİR! – Cəmi 3 gündür davam edən döyüşlər bizə nə qazandırdı?

Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqların azad olunması ilə bağlı həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatı uğurla davam edir. Cəbhədən gələn xəbərlərə görə, yaşayış məntəqələri, strateji yüksəkliklər düşməndən geri alınıb. Ermənistan ordusu minlərlə canlı qüvvə və yüzlərlə hərbi texnika itirib, şəxsi heyəti sarsılmış durumdadır. Bu itkilər erməni cəmiyyətində təşviş, həyəcan yaradıb. Rusiya mediasının yaydığı məlumata görə, artıq Xankəndində məskunlaşdırılan ermənilər sürətlə şəhəri tərk edirlər.

Cəmi 3 gün ərzində Ordumuzun cəbhədəki naliyyətləri Azərbaycanın diplomatik-siyasi cəbhədə də əlini gücləndirib. Rəsmi Bakı proseslərin gedişi ilə bağlı həyata keçirdiyi bütün təmaslarda işğalçı ordunun Azərbaycan ərazilərindən dərhal çıxarılmasını, Silahlı Qüvvələrin apardığı əməliyyatın tamamilə beynəlxalq hüquq çərçivəsində olduğunu bəyan edir. Ölkənin haqlı mövqeyi beynəlxaq ictimaiyyətdə manesiz olaraq qəbul edilir.

Azərbaycanın 3 günlük döyüşdən sonra əldə etdiyi üstünlükləri şərti olaraq belə sıralamaq olar: 

Əvvala, Qarabağda gedən əməliyyatlar dünya mediasında geniş şəkildə işıqlandırılır. Bu zaman Azərbaycan Ordusunun uğurları qeyd olunmaqla yanaşı münaqişənin tarixi, Ermənistanın həyata keçirdiyi işğal faktı ilə beynəlxalq hüquq normalarını açıq şəkildə pozduğu qeyd olunur. Bu, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əvəzsiz imkandır.

İkincisi, 25 ildən artıqdır dondurulan münaqişənin yenidən beynəlxalq diqqətə qayıtması Azərbaycan üçün yeni imkanlar açır. Çünki beynəlxaq hüquq birmənalı şəkildə bizim tərəfimizdədir, 90-cı illərin hərbi-siyasi konyukturasına uyğun olan status-kvonun saxlanılması Bakı üçün qəbuledilməzdir. Ermənistanın bütün cəhdləri onun saxlanılmasına, legitimləşdirilməsinə yönəlib. Hərbi əməliyyatların yenidən başlaması Azərbaycanın mövcud vəziyyətlə heç bir şəkildə barışmayacağını ortaya qoyur və dünyanı bu reallıqla hesablaşmağa vadar edir.

Üçüncü mühüm bir amil Ermənistanın Qərb dövlətlərində, eləcə də Rusiya ictimai fikrində əldə etdiyi üstünlüklərin sürətlə dağılmasıdır. Bu gün Fransada, Almaniyada, Şərqi Avropa ölkələrində, Rusiyada hökumət təmsilçiləri, parlament üzvləri, ictimai liderlər Ermənistanın təcavüzkar siyasəti barədə danışmağa başlayıblar. Paşinyan hakimiyyətinin son bir ildə həm Qarabağda, həm də işğal olunmuş ərazilərdə apardığı məskunlaşma, ilhaq siyasətinin bugünki sonuclara gətirib çıxardığı xüsusi ilə vurğulanır. Rusiyada aparılan müzakirələr bu baxımdan daha maraqlıdır. Qarabağdakı əməliyyatlara həsr olunan debatlarda Rusiyanın 30 il ərzində münaqişəni həll edə bilmədiyi vurğulanır. Türkiyənin proseslərə müdaxiləsinin yeni situasiya, münaqişə ətrafında dinamizm yaratdığı qeyd olunur.

Dördüncü amil Ermənistanın daxilində yaranmış yeni situasiyadır. Məlumdur ki, Müdafiə Nazirliyi cəbhədə itridyi əraziləri, canlı qüvvəni, hərbi texnikanı ictimaiyyətdən gizlədə bilmir. Ölkədə sosial media bloklansa da, cəmiyyət texniki imkanlarla baş verənlərdən xəbər tuta bilir. Qeyd etmək lazımdır ki, bu zaman Azərbaycan mediasının yaydığı obyektiv xəbərlər erməni cəmiyyəti üçün qiymətli informasiyalar hesab olunur. İtkilərin artması cəmiyyətdəki narazılıqları permanent olaraq körükləyir və ictimai dayaqları zəifləmədə olan Paşinyan iqtidarı üçün arzuolunmaz situasiya yaradır. Təsadüfi deyil ki, müharibənin başladığı ilk gündən baş nazir Rusiya və Avropa ölkələrinin liderləri ilə təcili telefon əlaqəsi yaradaraq, onları döyüşlərin dayandırılması üçün Azərbaycana təzyiq göstərməyə çağırır. Bu faktor da erməni ictimaiyyətinin diqqətindən yayınmır, narahatlığı getdikcə artırır. Müharibə uzanarsa, ölkənin hərbi, iqtisadi imkanlarının yetərsiz olması, üstəlik, Azərbaycanın qat-qat artıq gücə malik olması təşviş doğurur.

Beşinci amil kənardan möhkəm görünən Ermənistan-Rusiya hərbi ittifaqının ilk sınaqdan çıxa bilməməsidir. Məlumdur ki, inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan iqtidarı ilə Moskva arasında ciddi problemlər mövcuddur. Ermənistanda baş verən hakimiyyət dəyişikliyini öz maraqlarına təhlükə sayan Kreml, "inqliabçı lideri" neytrallaşdırmaq üçün fürsət axtarır. Doğrudur, Rusiya Ermənistana hərbi-siyasi dəstək verir, bununla belə Paşinyanın fürsət düşdükcə Moskvanın ayağını tapdalamasını da unutmur. Bu faktor da Ermənistan cəmiyyətindəki narahatlığı daha da artırır. İctimai rəydə bu fikir getdikcə möhkəmlənir ki, Rusiya Paşinyanı cəzalandırmaq üçün onu Azərbaycanın ciddi hərbi zərbələri qarşısında həlledici köməkdən məhrum edib.

Altıncı amil amil Azərbaycanın daxili vəziyyəti ilə bağlıdır. Ölkədə böyük bir coşğu yaşanır, bütün problemlər arxaya atılıb, əksər siyasi qüvvələr dövlətə və orduya tam dəstək nümayiş etdirir. Minlərlə gənc könüllü döyüşmək üçün hərbi qeydiyyata düşür, cəbhədə əldə olunan uğurlar ölkədə böyük sevinclə qarşılanır. Qısa müddətdə əldə olunan milli həmrəylik, birlik, Azərbaycanın tezliklə işğalda olan bütün torpaqları geri qaytaracağına yaranan inam olduqca mühüm əhəmiyyətə malikdir. Çünki düşmən və onun havadarlarının hər hansı formada daxildə təxribatlar yaratmaq, arxadan zərbə vurmaq planları üçün heç bir şərait yoxdur. Təbii ki, Azərbaycan cəmiyyətinin birliyi düşmənin diqqətindən yayınmır və onun məyusluğunu artırır.

Nəhayət, Azərbaycan-Türkiyə ittifaqının dərinləşməsi, möhkəmlənməsi də cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır. Azərbaycan xalqı özünü tənha hiss etmir, qardaş ölkədən aldığı güclü mənəvi, siyasi dəstək onun döyüş əzmini, qələbəyə inamını daha da artırır.

Yekunda qeyd etmək olar ki, Azərbaycan işğalda olan torpaqlarını azad etmək üçün düzgün zaman seçib. Qələbə üçün sərf olunacaq bütün qüvvələr əvvəldən hesablanıb, həm daxildə, həm xaricdə həyata keçiriləcək tədbirlər müəyyən edilib. İstər region ölkələrinin, istərsə də beynəlxalq təşkilatların hərbi əməliyyatlara reaksiyası düzgün proqnozlaşdırılıb. Türkiyənin mühüm siyasi, mənəvi dəstəyinin ölkənin imkanları ilə birləşdirilməsi də Azərbaycanın qüdrətini və qələbə əzmini artırır. 

Elçin Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

ali iran tikan tepe 2020-10-06 13:09:25

Azerbaycan savasi devam etsin insan Vallah ermeniler teslim olacaxlar

Cebrayil 2020-10-05 15:31:02

Allah sizi qorusun esgerler

Eyvaz 2020-10-02 10:35:29

Allah przidentimizi ve Azerbaycan ordusunu xalgi gorusun yasha Azerbaychan ireli esgerler

Nadire 2020-10-01 16:38:51

Esgerlerimizi allah qorusun...ya rebbim sen guc quvvet ver qelebe qazansinlar.az itki verek.

Cəlil kordon 2020-10-01 11:09:12

ALLAH BÜTÜN ƏSKƏRLƏRİMİZİ QORUSUN VƏ ŞƏHİDLƏRİMİZİN VALİDEYİNLƏRİNƏ SƏBR VERSİN AMİN

Aygul 2020-10-01 07:51:22

Esq olsun Prezdentimize xalqimiza birliyimize muselmanligimiza qehramanlarimza.Allah herzaman haqqin yanindadir.Qelebe bizim olacag

Vətənsevər 2020-09-30 23:34:24

Allah dövlətimizi,ordumuzu,əsgərlərimizi qorusun.TezlikləQarabagımızın azadlıq sədası dünyaya yayılsın.Ya Allahım sən özün kömək ol,haqq işimizdə.Sən Azərbaycanı qoru,Türkiyəni qoru.

Gulnar 2020-09-30 20:00:01

Allab Esger ve zabiflerimize butun vefen ugrunda doyusen Qardaslarimiza quvvet versin yaralananlara can sagligi nesib etsin veten ugrunda canlarindan kecen igid qardaslara Allahdan rehmet dileyirem

Xalq 2020-09-30 17:20:24

Düppədüzdür.

fiko 2020-09-30 16:56:34

Əsas İrandan kecən yolu bir də Laçin dəhlizin bağlamaq lazımdır Allah millətimizə köməy olsun

Gülər 2020-09-30 16:33:34

Allah Azərbaycan əsgərlərini qorusun , erməni ordusuna qalib gəlməkdə ordumuza kömək olsun Amin Amin Amin

Waka 2020-09-30 16:16:17

Redolsun ermeni mindarlar allah esgerlermize komey Olsun her zaman dovletmizi qorsun

Məhyəddin Əliyev 2020-09-30 16:02:59

DÜzgün qeyd olunub .Əsgərlərimiz ölkənin baş tacı olmaqla bərabər həmdə vuran qoludur.Allah hamısını qorusun.

Vətən oğlu 2020-09-30 15:44:55

Yaşa Azərbaycan yaşa şanlı ordun olduqca hec bir düşmən bata bilməz bizə. Qələbə bizimlədi.

Vətən oğlu 2020-09-30 15:41:17

Yaşa Azərbaycan yaşa şanlı ordun olduqca hec bir düşmən bata bilməz bizə. Qələbə bizimlədi.

TARIX 2020-09-30 15:29:22

ALLAH AZƏRBAYCAN XALQINA,ORDUMUZA,DÖVLƏT BAŞCIMIZA KÖMƏK OLSUN,

Yəmən 2020-09-30 15:05:00

Allah sizi qorusun Azərbaycan ordusu bütün türk millətinə kömək ol

Anonim 2020-09-30 15:01:50

Strategiyamız tam düzgündü. Ordumuz qəti qələbə qazanacaq.

Muradov 2020-09-30 14:46:30

TAM DOGRUDUR.DUSMEN,BIZIMLE MUBARIZE APARACAQ GUCE QADIR DEYIL

aslan kənan 2020-09-30 14:36:35

aND OLSUN aLLAHA

Azəri 2020-09-30 14:27:32

ALLAH İGİDLƏRİMİZİ,ORDUMUZU QORUSUN. ALLAH TÜRKİYƏNİ QORUSUN!

Son yazılar