"GEDİRİK TORPAQLARIMIZI ALMAĞA" - Könüllülər cəbhəyə gedir + FOTOLAR/VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin, o cümlədən könüllülərin cəbhəyə yola salınması davam etdirilir.

Ölkədəki bütün Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  bölmələrindən qarşısında qələbəlikdir. Döyüşə gedənlər qələbə şüarları və alqış sədaları ilə yola salınır. 

Onların valideynləri və yaxınları isə işğal olunmuş ərazilərimizin düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi hərbi əməliyyatdan qürur duyduqlarını bildirirlər.

Cəbhəyə yola salınanlarının əksəriyyəti könüllü müraciət etdiklərini deyiblər. Onlar biri - əslən Füzuli rayonindan olan orta yaşlı keçmiş döyüşçü və ehtiyatda olan hərbçidir. Deyir ki, Füzuli rayonu ərazisində gedən döyüşlərdən sonra cəbhəyə getmək üçün müraciət edib: " Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin " Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" sərəncamından sonra mən də torpaqlarımızın işğaldan azad edilməsi üçün ön cəbhəyə yollananların sırasına qoşuldum. Əminəm ki, bu dəfə qələbə sevincini yaşamaq hər bir azərbaycanlıya qismət olacaq. Biz uzun illərdir ki, bu günü gözləyirdik".

Valideynlərdən biri yüksək səslə "heç kim ağlamasın" xəbərdarlığı edir. Yoldan ötənlər də avtomobilləri saxlayır və " ən böyük əsgər bizim əsgər" şüarları səsləndirirlər. Oğlunu yola analardan biri deyib ki, cəbhədə baş verən son hadisələrdən həyəcan keçirir, eyni zamanda qürur duyur. Buna görə də, oğlunu göz yaşları ilə deyil, qələbə əzmi ilə geri dönəyinə ümidlə yola salır: " Bu vətən hamımızındır. Cəbhədə baş verənlərə laqeyd qalmaq olmaz. İndi birlik zamanıdır. Böyük qələbəyə çox az qalıb".

Virtualaz.org-un məlumatına görə, cəbhəyə gedənləri yola salmağa gələnlərin arasında Qarabağ vetetanları və Qarabağ əlilləri də vardı.

Ölkədə elan edilən qismən səfərbərliyə uyğun olaraq, Lerikdə də çağırışçılar çağırış xidmətinin qarşısında toplaşır. Onlarla yanaşı, könüllü döyüşmək istəyənlərin müraciətləri böyük ruh yüksəkliyindən xəbər verir.

Lerikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə könüllü olaraq cəbhə bölgəsinə gedərək, döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur.

Ermənistan Silahlı Qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tutmaları, mülki insanlara qarşı terror vasitələrindən istifadə etmələri gənclərimiz tərəfindən ciddi narazılıqla qarşılanıb və onları yenidən ordu sıralarında vuruşmağa sövq edib. Gənclərin könüllü olaraq orduda xidmət etmək üçün müraciətləri davam edir.

Daha ətraflı videosüjetdə:

635x100

Şərhlər

Guler 2020-10-01 11:08:42

Inwallah saq getdiyniz kimi saqda qaydarsizzz amin allahim azerbaycan esgerni qoru

xanım 2020-09-30 22:20:56

Ay allah sag salamat gedib qayıtsınlar Allah dəyməsin AMİN inşallah

Allah sizi rk eləməsin həmişə 2020-09-30 21:56:51

Allahln nəzərində olun sag salamat gedib sag

Vətəndaş 2020-09-30 21:41:29

ALLAH KÖMƏY OLSUN, ALLAHIM SİZİ QORUSUN!

Xalq 2020-09-30 20:35:05

Allah qorusun Sizi!

Son yazılar