"Cənab Prezident, xalq sizinlədir!" - UNEC professorundan dövlət başçısına müraciət

Bu günü biz çox gözləmişdik. Hər birimiz düşünürdük ki, Azərbaycan torpağının işğaldan təmizlənməsi günü mütləq gələcək. Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı terrorçu hərəkətləri və ağılsız bəyanatları Prezidentimiz Cənab İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan qətiyyətli addım atmasına obyektiv zəmin yaratdı. 

Cənab Prezident İlham Əliyev son vaxtlar çox müxtəlif nüfuzlu kürsülərdən Ermənistanın müharibəyə hazırlaşdığını, Müdafiə Nazirinin Azərbaycanın yeni ərazilərinin işğalı ilə hədələdiyini beynəlxalq ictimaiyyətin və səlahiyyətli beynəlxalq qurumların diqqətinə çatdırdı. Lakin yenə də ikili standartlar. İşğalçının məsuliyyətsiz bəyənatlarına Ermənistan tərəfindən 4 qətnaməsi yerinə yetirilməyən BMT-nin Təhlükəsizlik Şurası heç bir rəsmi mövqe sərgiləmədi.

Cəzasızlığından ruhlanan Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə işğalçı ordu 27 sentyabr 2020-ci il saat 600-da bütün cəbhə boyu Azərbaycana basqın etdi. Vətənimizin keşiyində ayıq sayıq dayanmış igid əsgərlərimiz nəyin ki, bu terrorçu-quldur ordunun basqınının qarşısını uğurla aldı, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpağımızın sona qədər mənfur düşmənlərdən təmizlənməsi əməliyyatlarına başlandı. 

Qisa bir zamanda Fizuli rayonunun, Cəbrayıl rayonunun bir sıra yaşayış məntəqələri azad edildi, çox əhəmiyyətli strateji yüksəkliklər ələ keçirildi. Ermənistan ordusunun canlı quvvələrinə sarsıdıcı zərbələr vuruldu. Gözlənilməz əks hücumdan vahiməyə düşən düşmən əsl xislətini göstərərək mülki əhaliyə qarşı beynəlxalq hüquqa məhəl qoymadan vəhşiliklər edirlər. 

Cənab Prezident siz çox doğru ifadə etdiniz bu erməni faşizmidir, vandallıqdır. Lakin, mülki əhaliyə qarşı törədilən bu vəhşilik heç kəsi qorxutmadı. Bütün Azərbaycan xalqı, Azərbaycan ziyalıları sizə inanır, sizə güvənir. Daim sizinləyik. Torpaqlarımız mənfur düşmənlərdən təmizlənməsi uğrunda gedən mübarizədə şanlı ordumuza, Ali Baş Komandan Sizə uğurlar arzulayırıq.

QARABAĞ AZƏRBAYCANDIR!

Qələbə Bizimlədir!

ÜMİDVAR ƏLİYEV 

UNEC-in professoru,

iqtisad elmləri doktoru, əməkdar müəllim

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar