“Xalqla ölkə Prezidentinin sıx birliyi qürurvericidir” - UNEC professoru

Professor Məhiş  Əhmədov: “Birliyimizə kölgə salmaq cəhdlərini qınayıram”

Azərbaycan xalqı bu günlər özünün keşməkeşli tarixinin şərəfli, eyni zamanda çətin və taleyüklü bir dövrünü yaşayır. Azərbaycan torpaqlarını Ermənistanın 30 illik təcavüzkar işğalından azad etmək üçün böyükdən kiçiyə hamı bir nəfər kimi ümumxalq müharibəsinə qalxmışdır. Mən bir alim, müəllim və ziyalı kimi bu günlər ölkəmizdə bu mübarizədə bütün xalqla ölkə Prezidentinin sıx birliyini, həmrəyliyini görəndə böyük qürur hissi keçirirəm.

Tam inanıram ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə ölkəmizdə yaradılan şanlı ordumuz yaxın günlərdə torpaqlarımızı erməni işğalçılarından tam azad edəcəkdir.

Bu qələbəyə inam ondan irəli gəlir ki, son illərdə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü iqtisadi, sosial, hərbi potensial yaradılmış, xalqla dövlətin birliyi təmin olunmuş, düzgün xarici siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu yüksəlmiş, onun sayəsində bu gün bizim haqlı, ədalətli mübarizəmizi dəstəkləyən ölkələrin sayı artmışdır.


Azərbaycanda ölkə prezidentinin daxili və xarici siyasətini, hərbi strategiyasını dəstəkləyərək 27 sentyabr tarixində ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-i xüsusi siyasi bəyanatla çıxış etmişlər.

Azərbaycanın belə şərəfli, çətin günündə torpaqlarımızı erməni işğalından azad etmək üçün bütün xalqımız ölkə prezidentinin yanında olduğunu bəyan etdiyi halda çox təəssüf ki Musavat və Xalq Cəbhəsi Partiyası xalqımızın haqlı, ədalətli birliyinə, milli çağırışları ilə bağlı siyasi partiyaların bəyanatlarına qoşulmamışlar. Mən bir vətəndaş kimi qeyd olunan partiyaların bu siyasi bəyanata qoşulmamalarına neqativ yanaşır və onların birliyimizə kölgə salmaq cəhdlərini tam qınayıram.


Professor MƏHİŞ ƏHMƏDOV

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının

müdiri, iqtidsad elmləri doktoru, əməkdar müəllim   

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar