“Azərbaycan işğalçını torpaqlarından qovmaq üçün mübarizə aparır” – Fəxri konsul universitet müəllimlərilə görüşüb

Azərbaycan Respublikasının Xarkov Vilayəti üzrə Fəxri konsulu Əfqan Salmanov Sumidə A.S.Makarenko adına Sumi Dövlət Pedaqoji Universitetinin müəllim heyəti ilə görüş keçirib. İclas, koronavirus pandemiyası səbəbindən zona üzrə müvafiq karantin qaydalarına (Sumi narıncı zonada yerləşir) uyğun olaraq sosial məsafəyə, maska rejiminə riayət olunmaqla baş tutub.

Fəxri Konsul Əfqan Salmanov əvvəlcə artıq 30 il davam edən Qarabağ problemindən, Azərbaycan və Ermənistan arasında bu gün davam edən hərbi münaqişəsinin səbəblərindən danışıb. Qeyd edib ki, münaqişənin baş verməsinə səbəb Azərbaycan ərazilərinin - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, dünyada heç kimin tanımadığı qondarma DQR-i yaratmasıyla başladı.

Sonra Əfqan Salmanov Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqlarda hansı vandallıqları törətdiyini, məscidləri təhqir etdiyini, minilliklərlə yaşı olan tarixi abidələri, möhtəşəm binaları dağıtdığını əks etdirən videolent göstərib. 

Bildirib ki, bütün bunlar 30 ilı yaxın müddətdə, Ermənistanın işğal etdiyi Azərbaycanın qanuni ərazilərini qeyd-şərtsiz geri qaytarmasına dair 4 BMT Qətnaməsinin olmasına baxmayaraq baş verib. Ancaq 30 ildir ki, Ermənistan nəinki BMT-nin bu qətnamələrini heçə sayıb, ümumilikdə dünya birliyinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və Avropa Parlamentinin qərarlarına məhəl qoymayıb.

Əfqan Salmanov həmçinin qeyd edib ki, ötən illər ərzində Ermənistan tərəfindən Azərbaycana yönəlik təxribatlar da dayanmayıb. Belə təxribatçı hadisələrdən biri də bu ilin iyul ayında Dağlıq Qarabağdan xeyli uzaqda - Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verib.

“O dövrdə Ukrayna birinci olaraq bunu bütün dünyaya elan edərək Azərbaycanı, Azərbaycan xalqını, ölkənin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyənlərdən oldu” – deyə Əfqan Salmanov bildirib.

Daha sonra Əfqan Salmanov əlavə edib: “Azərbaycan və Ukraynanın ümumi bir ağrısı, ümumi bir bəlası var - ölkə ərazisinin bir hissəsinin işğal altında olması... Bu da müharibələrin baş vermə səbəbidir. Bəziləri bunu qarşıdurma adlandırılırsa da, söhbət müharibədən gedir. Əgər Ukraynada bu problem altı ildir ki, davam edirsə, Azərbaycanda artıq 30 ildir. “Bardağı daşıran” son damla isə işğal altındakı ərazilərdə, Xankəndində “Qarabağ Ermənistandır, və nöqtə” deyən Ermənistan Baş naziri Paşinyanın sözləri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev buna belə cavab verdi: “Qarabağ Azərbaycandır və nida”. Paşinyanın bu cür təxribat xarakterli bəyanatları əslində danışıqlar prosesinə böyük zərbə vurdu. Prezidentimiz də haqlı olaraq sual edir ki, əgər Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır” deyirsə, onda hansı danışıqlardan danışmaq olar? ”.

“27 sentyabr 2020-ci ildə isə Ermənistanın müharibənin qızğın mərhələsi başlamasına səbəb olan növbəti təxribatı baş verdi. Hansı ki, hazırda Azərbaycan ordusu bu təxribatın cavabını verir. Düşmənə sarsıdıcı zərbələ endirir” – deyə, Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov nitqində bildirib.

Əfqan Salmanov qeyd edib ki, bu gün nə baş verdiyini, Ali Baş Komandan və Prezident cənab İlham Əliyev Azərbaycan xalqına müraciətində belə təsvir edib: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpaqlarımızda mübarizə aparırıq. Bu gün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan ordusu öz ərazisindəki Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Erməni əsgəri bizim torpaqda nə edir?! Erməni ordusu bizim torpaqda nə edir?! Heç kimə sirr deyil ki, "Dağlıq Qarabağ ordusu" nun şəxsi heyətinin 90 faizi Ermənistan vətəndaşıdır. Ermənistan işğalçı bir dövlətdir, bu işğal sona çatmalı və bitəcəkdir. "

Daha sonra Əfqan Salmanov toplantıda iştirak edən ali təhsil müəllimlərinin çoxsaylı suallarını cavablandırıb.

Görüş iştirakçıları hər şeyi təfərrüatlı anlamağa çalışırdılar. Çünki bu gün Azərbaycanda baş verənləri ukraynalılar da yaşayıblar. Toplantıya qatılanların bir çoxu Ukraynanın şərqində, suverenlik və müstəqillik uğrunda mübarizənin baş verdiyi hadisələrin iştirakçıları idir. Buna görə də hətta Azərbaycanın hərbi qulluqçuların sosial baxımdan necə təmin edilməsi, yaralıların necə müalicə olunması, vəfat edənlərin ailələrinə necə kömək edilməsi və digər məsələlər barədə suallar verirdilər. Fəxri Konsul bütün bu suallara ətraflı cavab verib.

“Anlamalıyıq ki, Azərbaycan qanuni torpaqları üçün və öz torpaqlarında işğalçını oradan qovmaq üçün mübarizə aparır- deyə iclası yekunlaşdıraraq Azərbaycan Respublikasının Fəxri Konsulu Əfqan Salmanov bildirib.

Müəllimlərlə görüş Ukraynada Müəllimlər Günü ərəfəsində baş verdiyi üçün Fəxri Konsul görüşə əliboş getməyib. A. S. Makarenko adına Sumi Dövlət Pedaqoji Universitetinin müəllimləri və tələbələri üçün yüzlərlə tibbi maska da aparıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar