Ermənistan ötəngünkü döyüşlərdə 54 əsgər itirdiyini rəsmən elan edib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, yaralılar çoxdur və sayı dəqiqləşdirilir.
Açıqlamada, həmçinin döyüş meydanında da ermənilərin qaldığı, meyitlərinin alınması üçün atəşin dayandırılmalı olduğu bildirilib: “Hazırda isə atəş davam edir və buna imkan yoxdur”.
Ermənistan MN-nin açıqlamasında itki sayının ümumilikdə 157-yə qalxdığı, yaralıların yüzlərlə olduğu, döyüş meydanında qalanların isə itkin kimi qeyd edildiyini də vurğulanıb.
Qeyd edək ki, Ermənistanın dünənki canlı itkisininin elan olunandan dəfələrlə çox olduğu şübhə doğurmur. Bunu Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoğürüntülərdən açıq şəkildə görmək olur.


Şərhlər
Minlerle olsun itkisi inwallah
Ölün ogras yigini