Menu

Düşmənin növbəti təxribatı: xaricdən zəng edib FHN-in adından yalanlar yayırlar

02.10.2020, 12:23
Düşmənin növbəti təxribatı: xaricdən zəng edib FHN-in adından yalanlar yayırlar

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) məlumat verilib.

Məlumatda deyilir ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşların diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Fövqəladə Hallar Nazirliyi (FHN) də erməni təxribatı ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir:

"Döyüş meydanında ardı-arda ciddi məğlubiyyətlərlə üzləşərək işğal etdikləri Azərbaycan torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi arasında təşviş yaratmaqla vəziyyətdən mümkün qədər çıxmağa çalışır.

Belə ki, ermənilər cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər edirlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bəyan edir ki, bu zənglər heç bir halda Nazirlik tərəfindən edilməyib və belə müraciətlər tərəfimizdən yayılmayıb. Bu, erməni təbliğat aparatının növbəti çirkin və uğursuz əməlidir.

Odur ki, bir daha vətənşlarımıza müraciət edərək belə zənglərə və ya çağırışlara heç bir halda inanmamağa, yalnız rəsmi dövlət qurumlarımızın rəsmi məlumatlarına etibar etməyə çağırır və əmin edirik ki, aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Oxşar zəng və ya məlumatlarla rastlaşdıqda Nazirliyin “112” qaynar xəttinə müraciət edilməsi xahiş olunur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol