Menu

ERMƏNİLƏR XANKƏNDİNDƏN VƏ LAÇINDAN DA QAÇIR - VİDEO (Yenilənib)

03.10.2020, 18:11
ERMƏNİLƏR XANKƏNDİNDƏN VƏ LAÇINDAN DA QAÇIR - VİDEO (Yenilənib)

Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi uğurlu döyüş əməliyyatları düşmən hərbçiləri və Xankəndindəki erməni əhalisi arasında çox ciddi panikaya, xaosa səbəb olub. Virtualaz.org xəbər verir ki, bunu Ermənistan üzərindən Qarabağa keçən rusiyalı jurnalistlər də təsdiq edirlər.

“Radio Sputnik” qeyd edir ki, Xankəndi şəhərinin və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinin sakinləri kütləvi şəkildə Ermənistana üz tuturlar. Jurnalistin sözlərinə görə, insanlar Xankəndinin mərkəzində, mehmanxananın qarşısında toplaşırlar. Onlar ya avtobuslarla, ya taksi və təsadüfi maşınlarla Yerevana gedirlər.

“Biz çox qorxuruq ki, şəhər bombalanacaq və hətta küçə döyüşləri olacaq. Şəhərdə ancaq kişilər qalır, qalanları getsələr yaxşıdır”,-Qarabağdan getmək istəyən ermənilərdən biri deyib.

Qeyd olunur ki, təmas xəttinə yaxın yaşayış məntəqələri praktiki olaraq boşalıb, həmin yaşayış məntəqələrindən ermənilər ya Ermənistana gediblər, ya müvəqqəti olaraq Xankəndində yerləşiblər. Şəhərdə mağazların çoxu bağlıdır.

***

Sosial şəbəkələrdə ermənilərin Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxu və təşvişə düşərək, Xankəndidən qaçdığını əks etdirən görüntülər yayılıb.

Görüntülərdə qeyd olunur ki, ermənilər maşınlarla İrəvna qaçırlar.

Qeyd edək ki, Azərbaycan Ordusu erməni işğalçılarının 27 sentyabrdan başlayaraq törətdiyi təxribatlardan, cəbhəyanı kəndləri atəşə tutmasından sonra işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatı həyata keçirir.

Sosial şəbəkələrdə ermənilərin Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxaraq, Laçından qaçdığını əks etdirən foto yayılıb.

Fotoda ermənilərin maşınlara yığmaq üçün əşyalarını hazırladıqları görünür.

Şərhlər

Vaqif 2020-10-03 22:26:33

Olanin aqinada lenet qarasinada ermeni tarixen duwmenimizdir !!

VAQIF 2020-10-03 22:21:58

Hec bir daniwiq bariwiq masasi bizi aldatmasin son ana kimi doyuw !!

Solmaz cəfərova 2020-10-03 20:18:38

Ermənilərə ölüm rədd olsunlar torpaqlarımızdan

Vətəndaş 2020-10-03 18:33:28

Ermənilər yaşayan yerə də hərdən atmaq lazımdır kiu,cəhənnəm olub getsinlər. Onların orada qalmağı problemdir

Ramiz 2020-10-03 13:54:39

Bu da azdır.Onları Rusiya yenə bizə qaşı istifadə edəcək.

OQTAY 2020-10-03 13:22:41

Bu xeyirli isimizde,Ordumuzu Allah qorusun.Ermeni ve onlari himaye edenlere nehlet olsun, koku kesillecek

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol