Tərtər rayonu hazırda düşmənin müharibə cinayətlərini aktiv şəkildə həyata keçirdiyi ərazilərimizdəndir.
Rayon mərkəzinə və yaxınlıqdakı yaşayış məntəqələrinə təkcə oktyabrın 2-də 2 mindən çox mərmi atılıb, raket zərbələri endirilib. Nəticədə 70-dən artıq obyektə ziyan dəyib. Tərtər mərkəzi bazarı və ətrafındakı mağazalar, evlər dağınıq durumdadır. Oktyabrın 3-də düşmən yenidən Tərtər istiqamətində zərbələri bərpa edib. Nəticədə Qapanlı kənd sakini olan Pərviz və Vasif Quliyev qardaşları yaralanıblar. Qardaşlar həyətyanı sahələrində heyvanlara su verərkən yaxınlıqlarına mərmi düşüb və qəlpə xəsarətləri alıblar. Hazırda xəstəxanada müalicə olunurlar.
Rayon mərkəzində sakinlərin sərbəst gəzməsi olduqca təhlükəlidir, partlayış səsləri bir-birini əvəzləyir. Bununla belə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, “Azərişıq” işçiləri və humanitar təşkilatların nümayəndələri fədakarcasına çalışırlar. Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri evlərindən çıxa bilməyən sakinlərə yardım göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, Azərbyacanının bütün bölgələrindən, Bakı şəhərindən Tərtərə maşınlarla yardım daşınır. Kimin nəyə imkanı çatırsa ordumuza yardım üçün Tərtərə gətirir, hərbçilərə ötürmək üçün uzun növbələr yaranır. Rayonda düşmən toplarının yaratdığı gərgin vəziyyət fədakar insanlarımızın hesabına hiss olunmur. Hər kəs ordumuza inanır, dövlətimizə güvənir.


Şərhlər
Allah əsgərlərimizi qorusun və o cümlədən Azərbaycanın respublikasının ali baş komandanı cənab pirezidentimizi qorusun inşallah işğalda olmuş bütun torpaqlarımızın alacağıq əsgərlərimizin sayəsində inşallah sağolun var olun Allah sizləri qorusun
Allah əsgərlərimizi qorusun və o cümlədən Azərbaycanın respublikasının ali baş komandanı cənab pirezidentimizi qorusun inşallah işğalda olmuş putun torpaqlarımızın alacağıq əsgərlərimizin sayəsində inşallah sağolun var olun Allah sizləri qorusun