Menu

Rusiyada qəribə hadisə - İnsanlar müvəqqəti kor oldu

04.10.2020, 12:57
Rusiyada qəribə hadisə - İnsanlar müvəqqəti kor oldu

Rusiyanın Kamçatka bölgəsində, Sakit okean sahilində qəribə hadisələr baş verir.

Belə ki, minlərlə balıq, səkkizayaqlı ilbiz, dəniz kirpisinin cəsədi sahilə vurub. Suyun özü də rəng baxımından çox zərərli görünür.

Bu barədə “Mash” “Telegram” kanalı kadrlar yayımlayıb.

Kamçatka Meteorologiya və Ətraf Mühitin Monitorinqi Departamenti dəniz suyunda neft məhsullarının, xüsusən fenolların, fosfor, fosfatların və s. normadan iki-dörd dəfə artıq olduğunu müəyyən edib.

Yerli əhali isə benzoldan danışır. Onların sözlərinə görə, sörfçülər gözlərinə su dəydikdən sonra müvəqqəti olaraq görmə qabiliyyətlərini itiriblər və ürəkləri bulanıb. Yerli əhalinin su ilə təmasdan sonra gözləri şişib, bədənlərində müxtəlif narahatlıqlar yaranıb.

Hazırda ekoloqlar kosmosdan vəziyyətin operativ monitorinqini təşkil etmək imkanlarını nəzərdən keçirirlər. (oxu.az)

Şərhlər

Xalq 2020-10-04 14:23:13

buna axırzaman deyərlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol