Etibar Əliyev, millət vəkili
Dünən Paris yaxınlığında ermənilərin kompakt yaşadığı Alforvil şəhərində şəhərin meri Lyuk Karvunasın təşkilatçılığı ilə Ermənistana və Qarabağa dəstək mitinqi keçirilib.
Mitinqdə Fransanın keçmiş prezidenti Fransua Oland da iştirak edib. Erməni genini daşıyan bu vücudun çıxışından: “Ermənistanda baş verənlər təkcə Ermənistana aid deyil. Bu bütün dünyaya aiddir. Biz əsl müharibənin önündə dayanmışıq. O müharibənin ki, Azərbaycan bunu Türkiyənin hərbi dəstəyi ilə başlayıb.”
Mitinqdə guya 173 fransız ictimai xadimi həmrəylik nümayiş etdirərək Fransa hökumətinə Ermənistan–Azərbaycan münaqişəsinə yenidən baxılması üçün müraciət ediblər. Onlar Makronun bu istiqamətdəki fəaliyyətini qeyri-məqbul hesab ediblər.
Parisin və Marselin merinin də imza atdığı müraciətdə Fransa hökumətindən tələb olunur ki, Azərbaycanın hücumları qəti formada mühakimə olunmalı və Azərbaycan tərəfindən başlanan hücumlar tezliklə dayandırılmalıdır. Bu baş tutmazsa Fransa Dağlıq Qarabağa daha böyük yardımlar etməlidir ki, bu hakimiyyətin legitimliyi mütləq şəkildə tanınsın.
Oland çoxdandı yoxa çıxmışdı. Zühur etdi. Baxın, neçə illərdir ki, bu ölkə ATƏT-in Minsk Qrupunun üzvüdür. Ermənistanı təmsil edib. Türkiyə bölgədə ədalətli sülhün bərpası üçün fəaliyyətə başlayanda qardaş ölkəyə keçmiş və indiki prezidentlər (Oland+Makron) böhtan atırlar. Az qalır deyələr ki, əlimizə silah alıb Ermənistan üçün döyüşə gedərik. Bu ölkədə siyasət və humanizm deqradasiyaya uğrayıb. Vaxtilə Şarl de Qolun, Mitteranın məşğul olduğu sənətlə Olandla Makron məşğul olur. Bu ölkədə daha Anatol Franslar, Emil Zolyalar, Jan Pol Sartrlar, Andre Jidlər yetişməyəcək.
Ermənilər yəqin ki, Parisin küçələrinə çıxıb Sarkozini də axtarırlar. Sarkozinin kitabında yazdığı bu fikirləri onlara xatırlatmaq istəyirəm: “Şarl de Qoll dövründə hamı bilirdi ki, dövlət nədir və Fransaya böyük rəğbət var idi. Qollizm düşüncə obrazı və fəaliyyət tərzinə görə indiki Fransa üçün çox aktualdır. Qollizm insanlığa xüsusi baxışdır.” Olandla Makron dövlətin nə olduğunu bilmirlər. Və elə bununla da Fransaya nifrəti dərinləşdirirlər...
Bütün dünyanın şahidi olduğu Xocalı soyqırımına laqeyd qalan Oland və Makron humanizmə nifrət edir, vəhşiliyi dəstəkləyirlər. Onları sarsıldan bizim Milli birliyimizdir. Biz bunu qorumalıyıq.
Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!
Qarabağ Azərbaycandır!


Şərhlər
Erməni işğalçılarını başa salmaq üçün Küveyti işğal edən İraqı başa salan ABŞ tədbiri gərəkmiş? ABŞ işğalçılar Küveytdən tam geri çəkilənədək(bir ay) Bağdadı bombaladı!
makaronla oland hər ikisi ermənidir, mənim böyük Fransız xalqına yazığım gəlir, o, mənada ki, ermənilər Fransada hakimiyyəti ələ keçiriblər. Fransa xalqı erməni adlı uçurumun qırağında dayanıblar.
Erməni işğalçılarını başa salmaq üçün Küveyti işğal edən İraqı başa salan ABŞ tədbiri gərəkmiş? ABŞ işğalçılar Küveytdən tam geri çəkilənədək(bir ay) Bağdadı bombaladı!
Bədbəxt fransızlar bu küt-kor daşnaq satqını prezidentlər necə seçilir? Onlar hələ görmürlər ki, hərbi terroru, genosidi və müharibəni 32 ildir ermənilər törədir Azərbaycanda