Menu

DÜŞMƏNİN YENİ HƏRBİ TEXNİKALARI ƏLƏ KEÇİRİLDİ... - Fotolar + VİDEO (Yenilənib)

05.10.2020, 19:22
DÜŞMƏNİN YENİ HƏRBİ TEXNİKALARI ƏLƏ KEÇİRİLDİ... - Fotolar + VİDEO (Yenilənib)

Döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikaları açıqlanıb.

Məlumata görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

***

Bu gün N saylı hərbi hissədə jurnalistlərə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi texnikaları təqdim olunub. Oxu.Az-ın verdiyi məlumata görə, düşmən öz silah-sursat və hərbi texnikasını döyüş meydanında qoyaraq qaçır.

Hərbiçilərimiz tərəfindən 20 -yə yaxın işlək vəziyyətdə olan “Ural” markalı yük maşınları götürülüb. Eyni zamanda hərbiçilərimiz döyüş meydanından düşmənin 3 ədəd “T-72” tankını içərisində silah-sursatla birgə götürüblər. Bu qənimətlər Cəbrayıl rayonunda ələ keçirilib.

Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan Ordusu tərəfindən Ermənistanın silahlı qüvvələrinə məxsus çoxsaylı məhv edilən və işlək vəziyyətdə olan zirehli texnika, silah-sursat mövcuddur.

"Yeni Müsavat"ın məlumatına görə, qənimət kimi ələ keçirilən texnikalar arasında "URAL" və "UAZ" markalı minik avtomobillərlə yanaşı, digər silah-sursat və döyüş texnikaları da əsgərlərimiz tərəfindən düşmən mövqelərindən çıxarılıb.

Bəs niyə düşmən döyüş bölgəsindən texnika, minik avtomobili ilə qaçmır?

Bunun çox sadə səbəbi var. Ordumuz sentyabrın 27-dən etibarən, hava zərbələri ilə düşmənin yüzlərlə ağır texnikasını, döyüş məntəqələrini, canlı qüvvələrini məhv edib. Döyüş bölgəsində ordumuzun gözündən qaçan heç bir texnika qalmayıb. Ermənilər də piyada qaçmağın daha təhlükəsiz olduğunu, belə halda sağ qalmaq imkanlarının daha çox olduğunu bilirlər. Bu səbəbdən də texnikanı qoyub, canlarını götürərək, qaçırlar.

Qeyd edək ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsi ilk gündə olduğu kimi qətiyyətlə davam edir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev son çıxışında da vurğuladı ki, savaş torpaqlarımızın işğaldan tam azad olunmasına qədər davam edəcək. Qətiyyətlə qeyd etdi ki, ermənilərin heç bir şərti qəbul edilmir və Azərbaycan əsgəri düşməni Qarabağdan iti qovan kimi qovur! 

Qənimət kimi ələ keçirilən hərbi texnika və silah-sursatın fotolarını təqdim edirik:

Şərhlər

Vaqif 2020-10-05 23:10:22

Nəyin ki Qarabağı Zəngəzuru Mahalını Göyçə Mahalını Vedibasarı Dərələyəz Mahalını Zəngəbasar Mahalını Tarixi İrəvan Xanlıqı Olan İndi Ki Yeravan Olan İnşallah Allahın Köməyi İlə Mənfur Və Eyni Zamanda Mundar Düşmənin Tapdağından Azad Edəcəyik Əbülfəz Elçibəyin Arzusun Yerinə Yetirəcəyik Böyük Turan Respublikası Quracayıq Şah İsmayıl Xətaindən Bizə Miras Qalan Tropaqlarımızı Geri Qaytarıb Sahib Çıxacayıq Kor Olsun Azərbaycana Xor Baxan Gözlər.

Turfe 2020-10-05 22:00:36

Pawolyanin ordusu redd olun ,yoxsa Qarabag size mezar olacaq .Murdar qaninizi torpaqlarimiza tokdurmeyin.

OQTAY 2020-10-05 20:49:44

Bu haqli davamizda,Ordumuzu Allah qorusun.Ermeni ve onlari himaye edenlere nehlet olsun, koku kesillecek

OQTAY 2020-10-05 20:49:44

Bu haqli davamizda,Ordumuzu Allah qorusun.Ermeni ve onlari himaye edenlere nehlet olsun, koku kesillecek

Sevinc Elçin 2020-10-05 20:19:11

Rəşadətli prezidentimizə,qəhrəman ordumuza eşq olsun,,qələbə

Ruhan 2020-10-05 15:59:53

ALLAH her zaman AZERBAYCAN esgerinin yanındadır QELEBE bizimdir

Allahqulu 2020-10-05 15:49:45

qadənların da qoyub qaçar bu murdarlar!

Əmirov S. 2020-10-05 14:20:29

Rusdilli saytların (orada da aktiv olaq, DOSTLAR), znak.ru, iz.ru, ria.ru və s. Xankəndindən foto-reportajlarla təsdiq edirlər ki, orada demək olar ki, murdarlardan çox azı qalıb--hamısı qaçıblar! İrəvanda RF səfirliyindən reportajdansa görsədirlər ki, əhali kütləvi şəkildə ölkədən qaçır! QİSAS və QƏLƏBƏ bizimlədir!!!

Əmirov S. 2020-10-05 14:06:31

RƏŞADƏTLİ PREZİDENTİMİZə və QƏHRƏMAN ORDUMUZa eşq olsun! Dostlar, rusdilli saytlarda da aktiv olaq: söyüş və mövzudan kənar təxribatlara uymadan, ORDUMUZ kimi--dəqiq və sərrast atəşlərlə!!! QİSAS və QƏLƏBƏ BİZimlədir!!!

Rehman 2020-10-05 14:02:55

Bülbülə

Xalq 2020-10-05 13:37:07

karapet qaç, millət gəlir haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol