Menu

İRAN SU BULANDIRIR - İsrail-Azərbaycan dostluğu hədəfdə

06.10.2020, 00:10
İRAN SU BULANDIRIR - İsrail-Azərbaycan dostluğu hədəfdə

İsrail Qarabağ böhranından İranla Türkiyə arasında gərginlik yaratmaq məqsədilə istifadə etməyə cəhd göstərir. 

Bu fikri Tehran Universitetinin dünya tədqiqatı fakültəsinin professoru Hadi Bürhani səsləndirib. Bu barədə xəbəri oktyabrın 5-də İranın «İRNA» dövlət informasiya agentliyi yayıb.

«İsrail Dağlıq Qarabağ məsələsində nə Azərbaycanın, nə də Ermənistanın qayğısına qalmır. İsraildə bu bulanlıq suda necə balıq tutmağı fikirləşirlər. Mənim fikrimcə, İsrailin hədəflərindn biri Qarabağ böhranından istifadə edib İran-Türkiyə münasibətlərində gərginlik yaratmaqdan ibarətdir» - deyə, Bürhani «fala baxıb».

Bu arada Dağlıq Qrabağda davam edən silahlı münaqişədə İsrailin fəal iştirakı bir sıra ekspertlər tərəfindən qeyd olunur. Göründüyü kimi, sözügedən münqişədə İsrailin Azərbaycana yaxından dəstək verməsi fars-molla rejimini bərk narahat edir. Yayılan xəbərlərə görə, İsrail hərbçiləri və xarici kəşfiyyat əməkdaşları bu günlər Azərbaycan tərəfinin hərbi təyinatlı məhsullarla fasiləsiz təminatı məsələsinə cəlb olunublar. Bu da Ermənistan tərəfinin Təl-Əvivdəki səfirinin «məsləhətləşmələr» üçün geri çağrılmasına səbəb olub.

Guya, bununla Netenyahunun «ayaqları yorğandan çıxacaq».

AzPolitika.info

Şərhlər

t.ədalət 2020-10-06 11:40:30

Kənara çəkil,iranlı yoldaş.Bu gün bizə daha yaxındır Türkiyəli,Pakistanlı qardaş.İsrail də bizimlədir.Təkcə sən,İran ermənilərə olubsan sirdaş.Zaman gələr,Cənublu qardaşlarımıza da uzanar əlimiz.

Cavan 2020-10-06 09:18:59

İsrail dövlətinə Azərbaycan xalqı minnətdarlığını bildirir və haqqın tərəfində durduqları üçün təşəkkür edir.Xalqımız bu yaxşılığı heç vaxt unutmayacaq.İranın ermənistana silah verməsini də unutmarıq.

TARIX 2020-10-06 09:10:28

İRAN-FARS REJİMİ HƏMİŞƏ RİYAKARLIQ EDİB.ONLAR MÜSTƏQİL AZƏRBAYCANIN VARLIĞINI QƏBUL EDƏ BİLMİRLƏR.ATALR DEMİŞKƏN DOST DÜŞMƏN AĞIR GÜNDƏ TANINAR.

OQTAY 2020-10-06 08:50:32

Molla rejimine az qalib,onlarin isine-gucunede Allah lehnet elesin!!!Orda yasayan soydaslarmiz,qalxin ayaqa,serhedleri daqidib,birleseyin!!!!Milli qehramanimiz Babekin sozunu yada salin!!!!

Türk 2020-10-06 07:17:55

Israillə Türkiyənin barışması vacibdir. Bu barışığı bizim Prezidentimiz yəqin ki,çalışır etməyə. İranın da ki,ürəyi erməninin yanındadır. İran deyəndə Fars-molla rejimi.

Fatime 2020-10-06 00:19:16

Israil bizim dostumuzdur farslar ise dusmenimiz turkun tarixi dusmeni farsdir yahudiler daim turku sevib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol