Ermənistan Dağlıq Qarabağa rusiyalı sülhməramlıların yeridilməsinin müzakirəsinə hazır olduğunu bildirib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan «Əl-Cəzirə» telekanalına müsahibəsində bəyan edib.
Bu bardə suala cavab verən Paşinyan bildirib ki, toqquşma zonasında Rusiyadan olan sülhməramlıları görmək istərdi. O, qeyd edib ki, belə qərar daha geniş kontekstdə, ATƏT-in Minsk Qrupu çərivəsində qəbul oluna bilər.
Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, Dağlıq Qarabağ üzrə danışıqlar Azərbaycan tərəfin hərbi əməliyyatları dayandıracağı təqdirdə mükündür. Azərbayca Prezidenti İlham Əliyev isə öz növbəsində, erməni hökumət başçısı ilə görüşməyi mənasız adlandırmış və Dağlıq Qarabağı Azərbaycana qaytarmağı tələb etmişdi.
Göründüyü kimi, quyruğu qapı arasında qalan Nikolçik indi yuxusunda sülhməramlı görməyə başlayıb.
AzPolitika.info


Şərhlər
Paşinyan qələt edir. O kimdir ki, onun istəyi ilə rus gəlsin. Bilir də rus onun tərəfindədir. Axı o, Sorosun adamıdır. Amma ermənidir də... Min sifətə girir. Rusun "sülhməram"lısı gəlsə biz batdıq. Ölkə işğal olundu.
Get rədd ol alçaq diga
AXCİLƏRİ GÖNDƏRSİN,ONLAR HƏR MƏSƏLƏNİ HƏLL EDƏCƏKLƏR
Sonra kefi qalxanda rus bizi gulleboran etsin !!!!....
Biz qan bahasına təmizlədiyimiz əzəli torpaqları rus "sülhməramlıları" ilə murdarlaya bilmərik.Ruslar getsin Azxərbaycan-ermənistan sərhəddində dayansın.