Menu

"Bu məsələdə qonşu ölkənin haqqını vermək lazımdır" - İran Prezidenti

07.10.2020, 13:02
"Bu məsələdə qonşu ölkənin haqqını vermək lazımdır" - İran Prezidenti

İran üçün işğalçılıq heç bir vəchlə qəbul ediləsi deyil.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün İran hökuməti üzvlərinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, bu məsələdə qonşu ölkənin haqqını vermək lazımdır:

"Region çox həssas regiondur. İran müharibənin heç kimin xeyrinə olmadığını hesab edir. Siyasi yollarla, siyasi fəaliyyətlə bu məsələni həll etmək olar.

Önəmli olan budur ki, bu müharibə regional müharibəyə çevrilməməlidir. Hamı reallığı qəbul etməli, hamı ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır".

Ruhani bildirib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur. İran bu istiqamətdə hər bir köməyi etməyə hazırdır:

"İran Azərbaycan xalqının hüququna hörmətlə yanaşır və Azərbaycanın ərazi bütövlüyünə təkid edir. Azərbaycan İran üçün qardaş ölkədir."

Şərhlər

Araz 2020-10-07 14:33:51

Ruhani müəllim bəs onda iran Livanda,Yəməndə,Suriyada,İraqda nə edir .

Eli 2020-10-07 14:11:38

Hamısı saxta sözlerdir.Eger bunlar insan kişi olsalar bizi müdafie etmek istdyen azerbaycanlıları ezmezler.Riyakardikar .Bunlat Qarsbaq tprpağında bixim evleri söküb satma niznesi ile meşğul olurdular.Riyakar ve ikiüzlüdür

vidadi goyce 2020-10-07 13:22:32

inanan daşa donsun

Fatime 2020-10-07 13:07:33

Bizim qardasimiz var Turkiye Pakistan ukraina ve sair siz bize lazim deyilsiz ne etsenizde ermeni qardaslariniz geberecek

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol