Menu

Türkiyədə daha 5 polis həlak oldu - Yenilənib

10.10.2014, 08:52
Türkiyədə daha 5 polis həlak oldu - Yenilənib

Bir polis əməkdaşı isə ağır yaralanıb

Son xəbərlərə görə, Bingöldə daha 5 polis əməkdaşı öldürülüb.

Belə ki, polis bir avtomobili saxlamaq istəyən zaman onlara qəfildən atəş açılıb. Atışma zamanı daha 5 polis əməkdaşı həlak olub, bir polis əməkdaşı isə ağır yaralanıb

01:28

Türkiyənin İŞİD-in Kobani şəhərinə hücumuna laqeyd qalmasını bəhanə edib küçələrə çıxan PKK tərəfdarları 2 polisi şəhid edib.

ANS PRESS-in məlumatına görə, Bingöldə yaşanan iğtişaşlar zamanı polis rəisi Atalay Ürkerə edilən silahlı hücum zamanı 2 polis əməkdaşı şəhid olub, Atalay Urker və Uğur atlı adlı polis isə yaralanıb.

Şəhid olan polis əməkdaşlarından biri rəisin köməkçisi Atif Şahin və ikincisi komissar Hüseyn Hatipolu olub.

Silahlı hücum avtomobildə olan silahlılar tərəfindən edilib. Terrorçular hadisə yerindən qaçıb.

Türkiyə təhlükəsizlik qüvvələri cinayətkarların axtarışları üçün geniş miqyaslı əməliyyata başlayıb. Şəhərin giriş və çıxış nöqtələrinə nəzarət artırılıb. Təxribatçıların PKK üzvləri olduğu ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol