ATƏŞKƏS... - Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının bəyanatı (Yenilənib)

Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.

“Report“un Rusiya bürosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib.

Görüş 10 saatdan çox davam edib.

Bu, son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub.

Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

***

Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü 9 saatdır davam edir.

“Report“un Rusiya bürosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edir.

***

Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir. Yeddi saatdır davam edən qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir.

Artıq jurnalistlər Rusiya XİN-in qəbul evində görüşün nəticələri ilə bağlı açıqlamaları gözləyirlər.

Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.

Qeyd edək ki, bu, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan XİN rəhbəri ilə ilk görüşüdür. C.Bayramov iyulun 16-da Elmar Məmmədyarovun yerinə təyin olunub.

Bu barədə Rusiyanın “Pervıy kanal” televiziyası video yayımlayıb.

*

Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün başlayandan bir müddət sonra Ceyhun Bayramov fasilə götürüb və binanın tərk edib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, o, təxminən bir saatdan sonra müzakirələri davam etdirmək üçün geri qayıdıb.

Media onun Azərbaycanın Rusiyadakı səfirliyinə getdiyini və məsləhətləşmə üçün Bakıya zəng etdiyini ehtimal edib.    

Bildirilir ki, danışıqlarda hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların meyitlərinin dəyişdirilməsi üçün humanitar atəşkəsin razılaşdırılacağı gözlənirş

“Ancaq danışıqların hələ daha nə qədər davam edəcəyi barədə bilgi yoxdur”, - deyə, XİN-in binasında olan jurnalist bildirib. O, azərbaycanlı və erməni jurnalistlər arasında təmasın və heç bir gərginliyin olmadığını da deyib. Görüş başa çatdıqdan sonra nazirlərin brifiniqi gözlənilir. Rossiya-24 brifinqi canlı yayımlayacaq.

**

***

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Virtualaz.org bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edirlər.

Görüşün yalnız 30 saniyəlik protokol hissəsi mətbuata açıq olub.

635x100

Şərhlər

Azərbaycanlı 2020-10-10 18:43:00

Atəşkəs müddəti və tarixi açqlanmadan,Ermənistan ordusunun Qarabağdan çıxarılması qrafiki ortay qoyulmadan atəşkəs qərarına imza atılması tam yanlış kimi qiymətləndirilməlidir....Belə qərarın anlaqsız olduğunu dərk edən ermənilər heç atəşi dayandırmadı,əksinə istifadə etdilər.Bunu son məlumatlar təsdiq edir....

Mösüm 2020-10-10 18:39:37

Buna getmək milli faciyədir.... Başqa bunun tərifi yoxdur

Xalq 2020-10-10 14:56:48

döyüş meydanında qazandığımızı stol dalında itirdik. Bu ona görədir ki, professional diplomatı qoyub təhsil naziri XİN-i təyin olunur. Bəyəm bizdə sənətkar diplomatlar yox idi XİN-i olmağa?

Allahqulu 2020-10-10 14:26:34

Bu qədər işi zay etmək olmaz! Dığa ilə atəşkəs etmək olmaz!

Azər 2020-10-10 12:34:48

Ya Qarabağ, ya ölüm... Başqa yol yox artıq. Nə danışıq-filan... ŞƏHİDlərin ANAlarına kim və nə cavab verəcək?

Cəmşid Dərələyəzli 2020-10-10 11:38:29

Umarıq bu dəfə isə yanılmarıq. Amma elə bilirəm məyyusluğa və ruhdan düşməyə də elə bir əsas yoxdur. Onsuz da Azərbaycan həm sahada, həm havada və həm də diplomaytiyada irelidedir. Qaldı Moskovadakı bu son razılaşmaya, göründüyü kimi bu sadəcə hələlik sözdür və tərəflər də bu razılaşma ilə üzərlərinə heç bir hüquqi öhdəlik götürməyibılər. Biz qətiyyətimizdən bir addım belə geri çəkilə bilmərik. Biz müharibə ilə yanaşı diplomatiyada da öz sözümüzü deməliyik . Ona qədər ki, Erməni masaya oturub, heç bir şərt irəli sürmədən qoşunlarını Qarabağdan çıxarmalıdır. Ona da inanmırıq ki, Paşinyan sülhlə bu addımı atsın. Çünki, bu onun özünün ölüm fərmanını imzalamq kimi bir şey olar. Odur ki, bu millətə güvənmək olmaz. Çünki, keçən əsrin əvvəllərində də Antantanın basqısı ilə 1918-ci ildə onlara bizim ərazimizdə dövlət qurmaları üçün, İravan da daxil 9 min kv. km. torpaq versək də və onlar bağlanan müqavilədə bundan sonra Azərbaycanın digər ərazilərinə iddia etməyəcəklərinə söz versələr də sonradan Dərələyəzi, Zəngəzuru və Göyçəni də bizdən qopardılar. Ona görə də bir-iki günlük, dəyiş- düyüşdən sonra hemlelerimiz davam etdirməli və ermənini masaya gətirməliyik. Qaldı Rusiyanın növbəti aktyorluğuna, Rusiya yenə də öz çıxarları peşində. O bu dəfə də bir güllə ilə bir neçə quş vurmaq istəyir. Yəni Rusiya bu addımı ilə birincisi xoşuna gəlməyən Paşinyanı zərbə altında qoyur, ikincisi NATO-nun üzvü olan Türküyənin tavırlarını önləyib Azərbaycana yəni Cənubu Qafqaza girişini əngəlləyir, üçüncüsü də dünyaya bu bölgədə hələ də hakim özünün olduğunu, bir daha nümayiş etdirmiş olur. İnanırıq ki, bütün bunların fonunda Azərbaycan Dövlət Başçısının qətiyyəti və əzmi bu dengələrin darma-dağın edilməsində öz sözünü deyəcəkdir. Əks teqdirdə, bizim de bu həlledici meaqmdan geriyə dönüşümüz, fəlakət olar.

t.ədalət 2020-10-10 11:05:16

"Danışıqlar formatı" dəyişməz qalarsa,Azərbaycan əsgərinin uğurlarına kölgə salına bilər.Biz yeni danışıq formatı,düşmənin tam məğlubiyyətinə əsaslanan sülh müqaviləsi imzalaya bilərik.Əlbəttə,bu gün bizim parlamentdə Moskvanın məsləhəti ilə deputat seçilənlər,keçmiş sovet kəşfiyyatının yetişdirdiyi,çıxışlarında "nala-mıxa" döyən "beşinci kolon" üzvləri var.Düşmən üzərinbdəki qələbəmiz Rusiyanın aramıza dürtüşdürdüyü casusların da sonu ilə nəticələnməlidir.Hələ anası,arvadı,bacısı,qaynanası erməni olan məmurlarımız da var.Onlara da "şlaqbaum" göstərməliyik.Cəbhədə itirdiyimiz əsgərlərin ruhu qarşısında günahkar olmamaq üçün bu vacibdir!Kimin kim olduğunu hamı bilir.Odur ki,düşmənə hücum arxa cəbhədə də aparılmalıdır.

Rza 2020-10-10 11:01:55

.... O vətənpərvər olsa idi deyərdi mənə buna qol çəkə bilmərəm.... Tofiq Zülfüqarov kimi,Rəhmətlik Vəfa Quluzadə kimi

M.Əsgərov 2020-10-10 10:45:39

bu tələdi..................

Culfa 2020-10-10 10:37:10

Niyə Qırmızı Xaç? Bəs Qırmızı Aypara niyə qatılmır?

Vətəndaş 2020-10-10 10:23:47

Müəmmalı danışıqdır. .....

Millət 2020-10-10 10:21:23

Millət şokdadır. Səhərə kimi heç kim yatmayıb. Neçə gündür,dünən də deyilən sözlərlə ifadələrlə bu düz gəlmir. Bun nə deməkdir? ....

Vətəndaş 2020-10-10 10:15:42

Müharibəyə davam! Atəşkəs Azərbaycanın ərazi bütövlüyü bərgərar olduqdan sonra olmalıdı!

Culfa 2020-10-10 09:42:24

Vay, vay! ....Erməni yenə bizi aldatdı! ....

Amon 2020-10-10 09:30:57

1.ceyhun bayramov tecrubesiz diplomatdi uduzacagi məlumdu....

Türk övladı 2020-10-10 09:30:39

Şəhid analarına, şəhidlərimizin övladlarına nə cür cavab verəcəksiniz?

Agasef Qedirov 2020-10-10 09:12:13

Baza prinsipleri olacaqsa bu qeder sehid neye lazim idi? Azerbaycan prinsipleri olmalidir. En cox qordujxum savasda qazandigimizi stolda itirmekdir. Buna yol vermek olmaz sona qeder getmek lazimdir xalq Ali komandanin yanindadir ireli

kamil 2020-10-10 09:03:53

Bos bos sohbet

Nərminə Şirəliyeva 2020-10-10 08:53:09

Murdar leşlərini götürsünlər, rədd olub getsinlər! Yalnız bu halda müharibə dayana bilər!

X 2020-10-10 08:28:18

Sehid analarina nə cabab veriləcək?

OQTAY 2020-10-10 08:20:38

Allah ordumuzu qorusun,ermeni ve rusun koku kesilsin, insallah!!!

OQTAY 2020-10-10 08:20:38

Allah ordumuzu qorusun,ermeni ve rusun koku kesilsin, insallah!!!

Hüseynl 2020-10-10 07:59:41

Qarabağın statusu ola bilməz.O statusu şəhid qanı ilə yazdıq.Qarabağ Azərbaycandır!Meyidlərini götürüb rədd olsunlar.Yada bizlərdə döyüşüb şəhid olub,baza prinsipi olan Statusu görməyək.

Hüseyn 2020-10-10 07:55:05

Qarabağın müqərratın

Telman Ağayev 2020-10-10 07:54:28

Çox pis.4-cü bəndə baxın.4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. Yəni bundan əvvəlki formatda.

RT 2020-10-10 07:50:47

Yenede minsk qrupu vasitesi , yenede taxta pecenya ile bashmizi aldatarlar , Biyabr olaruq bûtûn dûnyada (((((())Ne danishiqlar yene ? Prezidentimiz dedi axi ,, cixsinlar torpaqlarimizdan !!! yenede danishiq ? Anlamadim hec zad ((((

Azəri 2020-10-10 07:49:06

Xalqla məsləhətləşməmiş nə atəşkəs? İzaha vermək lazımdır xalqa. İnsanlar səhərə kimi yatmayıb.

Azərbaycanlı 2020-10-10 07:48:01

Cənab ALİ BAŞ KOMANDAN biz SİZƏ güvənirik! Erməni və ruslara güzəştə getməyin.Qarşıdan qarlı - covğulu qış gəlir ki, o da düşmənlərimizin əsas müttəfiqlərindən biridir. Ulu Tanrı SİZİ və AZƏRBAYCANI qorusun!

Türk 2020-10-10 07:46:00

BƏS TÜRKİYƏ? TÜRKİYƏ NƏ REAKSİYA VERDİ?

Velixan 2020-10-10 07:44:30

Ateshkes anlashmadi xalqimizın əleyhinədir....

Mehdi 2020-10-10 07:37:24

Bəs bu ölən səhidlərimizin ruhu bizi baqislayacaqmi?...

rehman orucov 2020-10-10 07:36:19

yenede aldandiq hemiwe oldugu kimi.bu atewkesde aciq hecne gosterilmir.yenede iki bawli beyenatlardi.

Ədalət 2020-10-10 07:29:28

Çox səhf addımdır.Muharibə dayandisa,yenə 30 il gözləməli olacağıq..

Ədalət 2020-10-10 07:29:27

Çox səhf addımdır.Muharibə dayandisa,yenə 30 il gözləməli olacağıq..

RT 2020-10-10 07:29:10

Dayandiqsa , bizim heczad xeyrimize olmayacaq. Ermeniler qûc yiqacaqlar . Tesûf ki , biz yene rusun dutkasiynan oynadiq ((() Cox perishanam cox ,,,,,

Vətəndaş 2020-10-10 07:23:04

Hələ görək dəqiq məlumat verilirmi bu nə hoqqadır. 27 ilin davamı?

Reqsane 2020-10-10 07:03:43

Bu qeder itkiler dagintilar olduqdan sonra yalniz ireli getmek lazim idi ... Ermeniler sulh yolu ile torpaqlarimizi geri qaytarmayacaq bunu herkes bilir ermeniler ozune vaxt qazanmaq ucun atewkes istedi onunda arxasinda rusiya dayanib

Fatime 2020-10-10 06:58:10

Bele ermeniler guc yigsin yeniden baslayacaq...O qeder Turkiye dedi dayanmayın, daha onlarda bize inanmayacaq

Ədalət 2020-10-10 06:31:45

Torpaqlar azad olmayınca heç bir danışığa getmək olmaz..30 il danışdıqda.

Seyid Ənju 2020-10-10 05:16:38

MİLLƏTİN TALEYİ BAĞLI QAPILAR ARXASINDA PIÇILDAŞARAQ HƏLL EDİLƏ BİLMƏZ. DANIŞIQLARIN BÜTÜN DETALLARI ƏN İNCƏ NÜANSLARI İLƏ İCTİMAİYYƏTƏ AÇIQLANMALIDIR.

Ilhama 2020-10-10 04:37:46

Ateshkes imzalandi meyitlerin deyishdirilmesi üchün. Neche saata yazilmayib. Her defe bu behane ile müharibeni dayandirirlar. 1 gün yeterlidir ateshkes üchün. sonra ireli!

dr.Amirov 2020-10-10 00:52:41

Övladının bayrağımıza bükülmüş tabutunu köksünə sıxan Şəhidimiz Əli Rzalının anası Samirə anamız: “ağlamayın, mən də ağlamıram, Əli torpaq uğrunda şəhid olub, başımızı uca eləyib! Prezidentimizə deyin, yalvarıram, ordumuzu dayandırmasın!”

Xalq 2020-10-09 23:51:42

gərək getməyəydi, cürbəcür təzyiqlər ola bilər.

Ugur 2020-10-09 23:28:48

Müharibəni yalnız bir yolla dayandırmaq olar ermənilər bizim əraziləri tərk etsinlər. Ayrı cür mümkün deyil

Türk 2020-10-09 23:03:33

Rusiyanın təşkil etdiyi görüşlərdən xeyir gəlməz. Çalışıb getməmək. Ermənini qoyub bizim tərəfi saxlamaz

Son yazılar