Menu

"Biz nə desək, o da olacaq" - "Şans veririk ki, torpağımızdan çıxsın"

09.10.2020, 18:39
"Biz nə desək, o da olacaq" -  "Şans veririk ki, torpağımızdan çıxsın"

“Onların xarici işlər naziri gəlib Moskvaya danışıqlara. Gəlsin orda desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu olmayacağıq. Ona görə dünən və srağagün baş vermiş müstəvidə hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi, nəhayət, başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, ancaq bizim şərtlərlə o, oturub-duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü. O cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpağımızı istəyirik”, - Prezident vurğulayıb.

Şərhlər

Xalq 2020-10-09 21:47:22

Kişi adamsan cənab Prezident!

Qatı müxalifəti fikrim deyişib 2020-10-09 20:29:22

Cenav prezdent meqrinide alaq naxcivan birləşsin

Əmirov S. 2020-10-09 20:19:45

Bəli, bütün Xalqımız Cənab Prezidentimizin arxasında-ətrafındadır! Düşməni sonadək əzəcəyik, tarixi məqamdır! Onillərin intiqam alovunda yanırıq!!!

Vətəndaş 2020-10-09 19:23:19

İNŞALLAH! İNŞALLAH!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol