Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan öz sözlərini bir daha xatırladıb ki, onun ölkəsi Allahdan başqa heç kimin qarşısında baş əyməz. Bu xatırlatma praktiki olaraq, Türkiyə sərhədləri perimetri boyunca yeni güclə inkişaf edən bölgəsel münaqişələr fonunda edilib.
«Ahyal» nəşrinin oktyabrın 9-da yazdığı kimi, Ankara hazırda Dağlıq Qarabağda Ermənistanla davam edən döyüş toqquşmalarında Azərbaycana hərbi dəstək verir və digər münaqişələrdə iştirak edir. Bu siyahı Suriyanı da özündə birləşdirir - Türkiyə orada yerli silahlı müxalifətin açar tərəfdaşı olaraq qalır. Ankaranın hərbi əməliyyatları həm də İrakda - terrorçu PKK-ya qarşı davam edir. Türkiyənin iştirakı bu yaxınlarda Liviya Milli Razılıq Hökuməti (MRH) üçün də həlledici olub. Hökumət qiyamçı marşal Həftarın ordusuna qarşı vuruşur. Kipr və Yunanıstanla da Şərqi Aralıq dənizində gərginliyin yüksək həddi qalmaqdadır.
«Biz, Allah qarşısında baş əyirik… Biz, başqa heç bir gücün qarşısında baş əymərik» - bir neçə il bundan əvvəl Ərdoğan çıxışlarının birində belə demşdi.
Çıxışın bu parçasının videosu Türkiyə prezidentinin «Tvitter»ində yerləşdirilib. Dövlət başçısının çıxışının dərc edildiyi rolik aşağıdakı başlıqla müşayiət ounub: «Qısa bir xatırlatma…»
AzPolitika.info


Şərhlər
Reis,Size can saqliqi arzu edirik,aslan durusunuzla,dunyada Boyuk Imanli Turk milletini tanitdiniz!!!Sizinle Turk milleti fexr edir,Allah qorusun Sizleri ve Turk Dunyasini!!!