"MÜHARİBƏ BİTMƏYƏCƏK, ATƏŞKƏS 1-2 GÜN CƏKƏCƏK” - Moskva razılaşmasına şərhlər

Gecədən elan edildiyi kimi, Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən və saatlarla davam edən gərgin müzakirələr nəticəsində Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanatda Rusiya prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmanın bəndləri bundan ibarətdir:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

...Ötən axşamdan XİN başçılarının qapalı görüşünün nəticələrini səbirsizliklə gözləyən, sosial medianın Azərbaycan seqmentində anbaan fikirlər, proqnozlar yazan vətəndaşlar və demək olar ki, səhər qədər gözünə yuxu getməyən cəmiyyət bu bəyanatı birmənalı qarşılamayıb.

Hərbi üstünlüyün bizim tərəfdə olduğunu və əks-hücum əməliyyatlarının uğurla davam etdiyini yazan sosial şəbəkə fəalları döyüşlərə son qoyulmamasını tələb edirlər.

Lakin bir nüans nəzərdən qaçırılır, bu razılaşma heç də uzunmüddətli atəşkəs kimi qiymətləndirilə bilməz və humanitar bir aksiyadır.

Yəni cəsədlərin döyüş meydanından götürülməsinə, əsirlərin qaytarılmasına möhlət verilir.

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə düşmən qüvvələrinin xeyli sayda cəsədlərinin qaldığını nəzərə alsaq, bu müvəqqəti atəşkəs başadüşüləndir.

Bir sözlə, Vətən müharibəsi hələ bitməyib. Bəs, əldə edilən razılaşma və yuxarıdakı bəndlər özündə daha nələri ehtiva edir? Danışıqlar formatının dəyişməzliyinin təsdiq olunması nədən xəbər verir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Musavat.com-a bildirdiyinə görə, humanitar atəşkəsin hələ bir gün sürüb-sürməyəcəyi bəlli deyil.

Politoloq Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqların başlanacağına da inanmır.

“Döyüşlər səngiməyib və bu gün Tərtərdə mülki əhali yenə atəşə tutulur. Bu necə razılaşmadır ki, atəş kəsilməyib?

Moskva görüşündə danışıqların uzun sürməsi də o deməkdir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmir.

Deməli, savaş bitməyəcək. Sadəcə, Azərbaycan Rusiyadakı görüşdə iştirak etməklə göstərdi ki, sonra Moskva Bakının danışıqlara gəlmədiyini deməsin.

Ona görə görüşdə iştirak etdik və Rusiyanın özü üçün də müsbət bir hal oldu, Kreml dünyaya nümayiş etdirdi ki, səy göstərdim, tərəfləri masa arxasına oturtdum, bundan artığını edə bilmərəm”, - deyə siyasi ekspert vurğuladı.

E.Şahinoğlunun fikrincə, görüşdə iştirak bizim üçün zərərli deyildi və şərtimizi elan etdik:

“Danışıqların uzun çəkməsi də məhz ondan xəbər verir ki, Ermənistan şərtlərimizlə razılaşmayıb. Bu baxımdan müharibənin bitəcəyinə inanmıram.

Azərbaycanın dövlət başçısı neçə gündür ki, qətiyyətli mövqe ifadə edir və uzunmüddətli atəşkəsə gediləcəyini gözləmirəm. Təbii ki, bu gün Türkiyənin reaksiyası da maraqlı olacaq.

Ankara danışıqlar gedən saatlarda bəyan edirdi ki, işğalçı qüvvələr Qarabağdan çıxmadığı halda Azərbaycan əsgəri dayanmamalıdır. Odur ki, bu razılaşma humanitar atəşkəsdir və meyitlərin toplanması uzun çəkmir”.

Politoloq Hikmət Hacızadə Musavat.com-a bu razılaşmanı humanitar bir addım kimi qiymətləndirdi. Onun fikrincə, əslində bu və ya digər yollarla belə bir razılaşma olmalıydı: “Bu çağırışları Qırmızı Xaç Komitəsi, ATƏT-in Minsk Qrupu edirdi. Maraqlı odur ki, tərəflər məsələni Rusiyaya həvalə etdilər, onun əli ilə həyata keçirildi, Rusiyanın danışıqlarda birinciliyi yenə təsdiqləndi.

Amma mənə elə gəlir ki, bu atəşkəs 1-2 gün çəkəcək. Ermənistan Qarabağdan qoşunlarını çıxarmasa, hərbi əməliyyatlar davam edəcək”.

H.Hacızadənin insanlarda atəşkəsin uzumüddətli olacağı barədə şübhələr və narahatlıqlar başadüşüləndir: “Çünki əvvəllər başımıza belə işlər gəlib. Aprel döyüşlərində də olub.

Ümid edirəm ki, ordumuz missiyasını davam edəcək. Rusiyanın hanssıa ciddi təzyiqlər göstərdiyi hələ ki görünmür. Zənnimcə, bizə mane olmayacaqlar”.

635x100

Şərhlər

Raqib 2020-10-10 18:57:42

Moskva görüşündə kəskin surətdə Minck qrupuna əsaslı iradlar bildirilməli və tərkibinin dəyişdirilməsi məsələsi qaldırımalı idi.Çünki,onun üzvlərindən biri-Fransa açıq surətdə Ermənistanı dəstəkləyir və onları müdafiə edir.İkinci qzvü-Rusiya Ermanistanı bütün vasitələrlə bizə qarşı silahsursatla təmin edir və etməkdədir.Üçüncü tərəf olan ABŞ-isə yeə Ermənistana simpatiya göstərir.Belə halda biz Minsk qrupundan nə gözləyə bilərik?Ona görə bu məsələyə ciddi yanaşılmalıdır görə,əgər isBeləln

bağışlanmaz səhvdir bu 2020-10-10 15:45:21

erməni indi bayram edir ki, nə aldatdıq bunları?

Qarabağlı 2020-10-10 15:40:30

Bizə dedilər ki, Qarabağdan əlinizi çəkin! Ceyhunu ora göndərəndə bimirdiniz ki, belə olacaq?

Xalq 2020-10-10 15:33:18

Bəs onda atəşkəsin müddəti niyə göstərilmir? Göstərilməlidir ki, atəşkəs meyidlərin yığılması üçündür, yəni 1 saat,4 saat çəkə bilər . Burada saat 12. 00-dan başlayır nə vaxt qurtaracağı isə məlum deyil, yəqin 30 il. ki, atəşkəs meyidlərin yığ

Xalx 2020-10-10 12:25:59

1-2 gün nədir? Hətta 1-2 saat atəşkəsi xalq anlamaz

Mamed 2020-10-10 12:11:41

Nə baş verir!? Artıq hər şeyə son?. Yenə vədlər, yenə yastıq?

t.ədalət 2020-10-10 11:51:14

"Atəşkəs" razılığı,ola bilsin ki,Rusiyanın növbəti fırıldağıdır.erməni tərəfi təzədən möhkəmlədib müharibənin davamına rəvac verəcəklər.Kiçik bir səhvimiz böyük miqdarda əsgər itkilərinə səbəb ola bilər.Həmişə yalan,fırıldaq qoxuyan Rusiya hakimiyyəti heç vaxt yaxşılığa meyilli olmayıb.Bu "atəşkəs"in nəticəsi az keçməz bvəlli olar..

Şaiq 2020-10-10 11:49:44

Müharibədə 2 gün fasilə vermək mənfur düşmənimizə silah - sürsat toplamağa imkan verəcək. Ermənı hiyləsinə inanmayın.

t.ədalət 2020-10-10 11:45:05

"Atəşkəs" erməniyə növbəti dəfə üstümüzə hücum etməyə şans verməkdir.

t.ədalət 2020-10-10 11:43:21

Bu,Rusiya ilə ermənistanın tərəfdarı H.Hacızadəni az danışdırın.Hiss olunur ki,nə özü,nə də övladı müharibədə olmayıb.

RT 2020-10-10 11:43:13

Yatdun Batdun ))) meselesi var , Dayansaq biyabir olacayuq , ermeniler yene sevinecekler , bizi alcaltacaqlar ((( Bûtûn dûnyada biyabr olacayiq ((( bilesiz !!!

Son yazılar