“HƏRBİ ƏMƏLİYYATLARIN BƏRPASI QAÇILMAZDIR” – “Moskva Paşinyanı yıxacaq...”

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov dünən gecə Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdə əldə olunan razılaşmanı şərh edib.

Xatırladaq ki, Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında 10 saat davam edən müzakirələrin nəticəsi olaraq tərəflər atəşkəsə razılaşıblar. Sənəddə yazılıb:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

- Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

- Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Tofiq Zülfüqarov bildirir ki, hələlik bu, humanitar atəşkəsdir. Atəşkəs rejiminin digər parametrlərinin gələcəkdə razılaşdırılması nəzərdə tutulur. Ekspert izah edir ki, bu bənddə qüvvə və vasitələrin yenidən qruplaşmasına qadağanın tətbiq edilməsi, faydasız zonanın rejiminin parametrləri, Ermənistandan ehtiyat qüvvələrin daşınmasına qadağanın tətbiqi nəzərdə tutula bilər. Danışıqlar prosesinin bərpası ehtimalına gəlincə, T.Zülfüqarov deyib ki, razılaşdırılan mətn qəti şəkildə konkret deyil: "Mətndə nizamlama prinsiplərinə sadiqliklə bağlı razılıq var ki, bu da müxtəlif cür şərh oluna bilər".

Keçmiş nazir daha sonra mövcud vəziyyətin siyasi aspektləri barədə fikirlərini bildirib:

- Status-kvo həm hərbi-taktiki, həm də siyasi cəhətdən dəyişdirilib;

- Azərbaycan de-fakto sübut etdi ki, silahlı qüvvələrini təcavüzkara qarşı istifadə etmək iqtidarındadır və “həmsədrlərin inhisarçılığına” alternativ var;

- Rusiya və Türkiyə güc yolu ilə öz müttəfiqlərini müdafiə etmək baxımından eyni siyasi mövqelərə malikdirlər;

- Ermənilərə aydındır ki, Rusiya onların əvəzinə savaşmayacaq və Rusiya cəmiyyəti bu yolu qəbul etmir;

- Rusiya “Paşinyanın Soros rejiminin” cəzalandırılmasında arzuladığı cəza səviyyəsini əldə etməyib.

Nəticələr barədə danışan ekspert bir neçə mühüm məqamı qeyd edib:

- Azərbaycan cəmiyyəti hərbi əməliyyatların dayandırılması ideyasını dəstəkləmir;

- Ölkə rəhbərliyi bu amili inkaretmə yolu ilə getməyəcək, çünki bu, ciddi daxili siyasi böhrana gətirəcək;

- Rusiya hələlik Paşinyana verilən dərslərin real nəticələrini görmür və ona görə hərbi əməliyyatların bərpası təhlükəsini tam aradan qaldırmayacaq;

- Paşinyan “böyük qələbənin” əldə olunmasında özünün rolunu göstərmək üçün reklam kampaniyasına başlayacaq ki, bu da yeni hərbi əməliyyatların başlanmasına təhrik edəcək.

Tofiq Zülfüqarov irəli sürdüyü fikirlərə əsaslanaraq vurğulayır ki, hərbi əməliyyatların yaxın günlərdə, yaxud həftələrdə bərpası qaçılmazdır.

"Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə verilən meyitlərin sayını açıqlayacaq. Bu, erməni cəmiyyəti üçün şok olacaq. Moskva Paşinyanı yıxacaq", - deyə keçmiş nazir vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Fərid 2020-10-10 18:31:44

Atəshkəs ən yaxın günlərdə pozulmalıdır. Hech kim Ermənistanın yeni hərbi qüvvələrinin bərpasına qarant deyil. Sözdə ola bilər

Qarabağlı 2020-10-10 17:52:42

yenə bu putin bizim siyasətçiləri aldatdı.

rasim quliyev 2020-10-10 17:20:43

ireli Azerbaycan ordusu meni de muharibeye aparin.Mende getmek isteyirem

Vətəndaş 2020-10-10 17:01:13

Atəşkəs qəbuledilməzdi!

Keçmiş NAZİRƏ 2020-10-10 16:41:08

Kimi yıxacaqlar? Bu dəfə V.Putinin "İşğalçı qoşunlar Azərbaycanın ərazisini tam tərk etməlidirlər!", sözünü nəinki Paşinyan və XİN saymadı, heç öz naziri də yada belə salmadı?

t.ədalətə və əski Nazirə 2020-10-10 16:33:30

Biz həmişə düşməni uduzmuş, özümüzü üstün göstərib, hər hüquqi anı-iddianı 27 ildir uduzuruq?

XALQIN TELEBI : IRELI, IRELI ! 2020-10-10 16:06:43

Cenab Prezident, NIYE, Kalantaryan ( Lavrov) ve Putin, " ateshkes " HIYLESINI ve bu, " ateshkes " muddetinin HANSI VAXTA QEDER OLACAQI BAREDE, HIYLEGERCESINE , DEQIQ VAXT LIMITI TEYIN EDILMEDI ?????????? Cenab Prezident, Azerbaycan XALQI size ETIMAD GOSTERIB ve bu ETIMADI DOQRULTMAQ UCHUN, siz, cenab Prezident, MUTLEQ ve bir daha MUTLEQ , XALQIN TELEB SESINI ESHITMEK BORCUNUZDUR, chunki, siz , Azerbaycan KONSTITUSIYASININ TELEBLERININ ICRASININ MESUL QARANTI KIMI , XALQ QARSHISINDA AND ICHMISINIZ ! NIYE, Kalantaryan ( Lavrov ) , HIYLEGERCESINE SUSUR, ermenilerin esir goturdukleri Dilgem Askerov ve Shahbaz Quliyev barede, AMMA, indiki zamanda, Daqliq Qarabaqda , ishqalchi Ermenistanin herbi quvvelerinin MEQLUBIYYETINI GORENDE, TECILI, DERHAL, Moskvaya CHAQIRIR Azerbaycanin XIN rehberini ve bir TULKU MASKASINDA, DIKTE EDIR Azerbaycana " ateshkes " ve ermeni herbi esirlerinin " DEYISHDIRILMESI " OYUNBAZLIQ FIRILDAQINI, chunki, ishqalchi ermenilere cebhede VAXT QAZANMAQ, VAXT UDMAQ ve cebheye ELAVE , QULDUR, TERRORCHU - MUZDLULARI GETIRMEKLE, Azerbaycan Ordusuna QARSHI , ishqalchi Ermenistana YARDIM GOSTERMEK MEQSEDI SUBUT OLUNDU..... Dushmen, ishqalchi Ermenistana , ESLA ve TEKRAR ESLA, HECH BIR VAXT VERMEK OLMAZ, chunki, DUSHMENE VAXT VERILMESI , Azerbaycan XALQINA AQIR, CHOXLU ZERBELERIN VURULMASINA XIDMET EDECEK.......

XALQIN TELEBI : IRELI, IRELI ! 2020-10-10 15:54:39

NIYE, Kalantaryan ( Lavrov) ve Putin, " ateshkes " HIYLESINI ve bu, " ateshkes " muddetinin HANSI VAXTA QEDER OLACAQI BAREDE, HIYLEGERCESINE , DEQIQ VAXT LIMITI TEYIN EDILMEDI ?????????? ... NIYE, Kalantaryan ( Lavrov ) , HIYLEGERCESINE SUSUR, ermenilerin esir goturdukleri Dilgem Askerov ve Shahbaz Quliyev barede, AMMA, indiki zamanda, Daqliq Qarabaqda , ishqalchi Ermenistanin herbi quvvelerinin MEQLUBIYYETINI GORENDE, TECILI, DERHAL, Moskvaya CHAQIRIR Azerbaycanin XIN rehberini ve bir TULKU MASKASINDA, DIKTE EDIR Azerbaycana " ateshkes " ve ermeni herbi esirlerinin " DEYISHDIRILMESI " OYUNBAZLIQ FIRILDAQINI, chunki, ishqalchi ermenilere cebhede VAXT QAZANMAQ, VAXT UDMAQ ve cebheye ELAVE , QULDUR, TERRORCHU - MUZDLULARI GETIRMEKLE, Azerbaycan Ordusuna QARSHI , ishqalchi Ermenistana YARDIM GOSTERMEK MEQSEDI SUBUT OLUNDU..... Dushmen, ishqalchi Ermenistana , ESLA ve TEKRAR ESLA, HECH BIR VAXT VERMEK OLMAZ, chunki, DUSHMENE VAXT VERILMESI , Azerbaycan XALQINA AQIR, CHOXLU ZERBELERIN VURULMASINA XIDMET EDECEK.......

t.ədalət 2020-10-10 15:00:09

Atəşkəs çox təhlükəli bir oyin olacaq.Rusiya qlsa müddətdə yenə erməni tərəfi tam silah bə sursatla təmin edəvək.Azərbaycan üçün böyük itkilərim təməli qoyulacaq.

Emin 2020-10-10 14:29:48

Putin paşinyanı cəzalandıracaq, ortada bizim əsgərlər şəhid olacaq ?

OQTAY 2020-10-10 14:24:04

Putinin,coxdan arzusudur,kocaryani getirmek..,kimi getirir getirsin,hamsi it kimi geberecek!!!Insaallah!!!

Son yazılar