Menu

Düşmən ordusunun daha bir polkovnik leytenantı məhv edildi

11.10.2020, 09:35
Düşmən ordusunun daha bir polkovnik leytenantı məhv edildi

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.

Məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

Şərhlər

Feqani 2020-10-12 07:42:38

Allah eskerlerimizi qorusun

OQTAY 2020-10-11 12:10:09

Esq olsun, Azerbaycan ordusuna!!!Allah Ali Bas Komandamizin yardimcisi olsun!!!

OQTAY 2020-10-11 11:43:11

ASLAN ORDUMUZUN qarsisinda,bele caqqallarin koku kesilecek!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol