Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatı, bu fonda ordumuzun başladığı əks-hücum əməliyyatı xalqımızı bir yumruq kimi birləşdirib.
Azərbaycan xalqı öz şanlı ordusuna mütəmadi olaraq dəstəyini ifadə edir.
Şübhəsizdir ki, bu günlərdə düşmənlə üzbəüz, səngərdə mübarizə aparan, mənfur düşməni ata-baba yurdlarımızdan çıxmağa məcbur edən, düşmənə sarsıdıcı zərbə endirən hərbçilərimizlə yanaşı, onların həyatları üçün mübarizə aparan həkimlərimizin fəaliyyəti misilsizdir.
Sosial şəbəkələrdə fədakar həkimlərin fəaliyyəti ilə bağlı foto yayılıb.
Fotoda hərbi hospitalın otağında yaralı hərbçilərə yardım göstərən, gecəsini gündüzünə qatan, işləməkdən yorulmuş, ancaq yenə də evlərinə getməyən, əsgərlərimizə keşik çəkən həkimlərimiz əks olunub.
Foto qısa zamanda geniş yayılıb və böyük rəğbət görüb.


Şərhlər
ALLAHİM QORUSUN HER BİRİMİZİ..ALLAHİM QORUSUN ESGER QARDASLARİMİZİ.DUSMENİ VURDUGUNUZ ELLERİNİZE QURBAN OLUM SİZİN
ALLAHİM QORUSUN HER BİRİMİZİ..ALLAHİM QORUSUN ESGER QARDASLARİMİZİ.DUSMENİ VURDUGUNUZ ELLERİNİZE QURBAN OLUM SİZİN
Fədakar həkim orta və kiçik tibb personalına dərin təşəkkürümüzü bildiririk. Allah bütün xalqımıza güc qüvvət versin tezliklə işğal edilmiş torpaqlarımızı azad edək. AMİN
Allah dövlət başçımızı sayın Əliyevi ordumuzu, qorusun amin Allah güc qüvvət versin amin.. əməyi keçən hər kəsə minnətdarıq.
Men,hemise imanli milletimle fexr etmisem!!!Allah Azerbaycan Ordusunu qorusun!!!Allah Ali Bas Komandanmizin, yardimcisi olsun!!!