Menu

Türkiyə vətəndaşndan Azərbaycan Ordusuna dəstək - Nişan üzüyünü hədiyyə etdi + VİDEO

13.10.2020, 00:24
Türkiyə vətəndaşndan Azərbaycan Ordusuna dəstək - Nişan üzüyünü hədiyyə etdi + VİDEO

Azərbaycan Silahlı Qüvvələrinə yardım etməyə çalışanlar arasında qardaş Türkiyənin sadə vətəndaşları da var.

Belə şəxslərdən biri haqqında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Ankarada Quru Qoşunları Ali Hərbi Məktəbinin yeni dərs ilinin açılışındakı çıxışı zamanı danışıb.

Səfir bildirib ki, Maraşdan olan bir şəxs ona məktub göndərərək dəstək və yardımını ifadə edib. Məktubla bərabər həmin şəxs Türkiyə bayrağı və nişan üzüyünü göndərib.

Bu əhvalatdan olduqca təsirləndiyini deyən səfir üzüyü geri qaytarmaq istəsə də, Türkiyə vətəndaşı hədiyyəsini geri almayacağını, bu qərarı ailəlikcə verdiklərini deyib. 

Şərhlər

Vətəndaş 2020-10-13 09:26:14

CANIMIZ QANIMIZ BİR QARDAŞLARIMIZ,BACILARIMIZ! BİR MİLLƏTİK SADƏCƏ BİZİ AYIRIB PƏRƏN-PƏRƏN EDİBLƏR. ARTIQ BİRLƏŞMƏK VAXTIDIR.

Nəsimi 2020-10-13 08:37:01

Tanrı Türkü qorusun və ucaltsın!

RT 2020-10-13 07:48:28

Allah kômeyin olsun ! Qelebe bizimledir !!!!

Qiyas 2020-10-13 01:03:17

Halal olsun Allah komekci olsun

Xalq 2020-10-13 00:34:48

Sağ olsun TÜRK qardaşımız!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol