"QARABAĞ ERMƏNİSTANIN BAŞINA VURA-VURA ALINMALIDIR!" - "Atəşkəs nədir, görüş nədir?!" + VİDEO

"Bakını hədəf seçənlər bir gecə qəflətən İrəvanın bədəl ödəyəcəyini ağıllarından çıxarmamalıdır!"

"Təcavüzkar ölkə Ermənistandır, günahsızları öldürən ölkə Ermənistandır, işğalçı ölkə Ermənistandır! Hüquqları və qanunları tanımayan ölkə Ermənistandır! Atəşkəs nədir, görüş nədir?! Mövzu Vətəndir, mövzu müstəqillik məsələsidir". 

"AzPolitika. info"nun məlumatına görə, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısındakı çıxışında bildirib.

Ermənistan və havadarlarına xəbərdarlıq edən Dövlət Bahçeli bildirib ki, terrorçu dövlət işğal altındakı əraziləri Azərbaycana təhvil vermədən, Dağlıq Qarabağdan geri çəkilmədən əvvəl silahı yerə qoymaq, masalarda həll yolları axtarmaq cinayətlərin, rüsvayçılığın və amansızlığın leqallaşdırılması deməkdir: "Silahları endirmək və terrorçu dövlət olan Ermənistan Qarabağdan çəkilmədən əvvəl masalarda həll yolları axtarmaq İrəvanın cinayətlərini legitimləşdirməyə xidmət edir. 

Dağlıq Qarabağ türkdür. Azərbaycan türklüyün vətənidir. 27 sentyabrda tək tərəfli atəş açan Ermənistandır. Azərbaycan işğal olunmuş yerlərin 25 faizini azad edərək öz torpaqları uğrunda qəhrəmanlıqla vuruşdu. 

Zoru görən Ermənistan mülki şəxsləri güllələməklə insanlığa qarşı cinayət işlədib. Ancaq insan haqları müdafiəçiləri, beynəlxalq təşkilatlar sanki dillərini udublar.  

Cəbhədə tam qalibiyyətə nail olmadan, torpaqlar tam azad edilmədən atəşkəs cəhdləri heç bir halda keçərli olmayacaqdır. Oyun pozulacaq və Vətən torpaqları güc tətbiq edilərək alınacaq!

Moskvada qurulan masada danışıqlarla heç bir çözümün əldə edilə bilməyəcəyi qətiləşmişdir. Qatil ilə danışıqların bədəli güllə olaraq, bomba olaraq güri dönmüşdür.

Dağlıq Qarabağ masada danışıqlarla deyil, döyüş meydanında Ermənistanın başına vurula-vurula alınmalıdır!

Ermənistan işğal etdiyi torpaqdan heç bir ön şərt olmadan çıxmalıdır.. Bakını hədəf alanlar unutmamalıdırlar ki, bir gecə qəflətən İrəvan bunun bədəlini ödəyəcək! Bunu ağıllarından çıxarmamalıdırlar!"  


AzPolitika.info

635x100

Şərhlər

Turkey 2020-10-13 23:59:39

Axx dilüvə qurban olum! Yəni : "Bir gecə ansızın gələbiləriz!"

Vətəndaş 2020-10-13 18:50:27

Dövlət Baxcəli qeyrətli adamdır. Düz deyir. Ermənini ancaq öldürüb leşini oradan çıxarmalıyıq. Yoxsa çıxan dyillər. Kim ki erməninin aradan sülh yolu ilə çıxacağına inanırsa ağlı yoxdur. Yəqin ki,heç kim inanmaz.

Boris Ocaqov 2020-10-13 16:09:29

Sain D.Baxcəli, ABŞ kimi İŞĞALÇIYA dərs verən gərəkdi ki, (Bağdad kimi) İrəvan dövlətini son əsgəri Azərbaycan ərazisini tərk edənə qədər bombalasın!

Türk 2020-10-13 13:20:40

HALAL OLSUN! AĞSAQQAL QARDAŞIMIZA!

Son yazılar