İsrailin Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunmasını tələb edən petisiyanı kifayət qədər sübut olmadığına görə rədd edib. “Jerusalem Post” qəzeti yazır ki, İsrailin Azərbaycana silah satması onun İranla həmsərhəd olması və İsrailə neft ixrac etməsi kimi siyasi məqamlarla bağlıdır.
Qəzet yazır ki, oktyabrın 12-də İsrailin Yüksək Ədalət Məhkəməsi Azərbaycana silah satışının qadağanı üçün verilmiş petisiyanı təmin etməyib. Hakim Yusif Elron bildirib ki, sözü gedən silahların Ermənistana qarşı hərbi cinayətlərdə istifadəsinə dair dinləmənin keçirilməsi üçün kifayət qədər dəlil-sübut yoxdur. Xatırladaq ki, bundan əvvəl İsrail məhkəməsi Malayziyaya silah satışının qadağanına dair buna bənzər petisiyanı da rədd etmişdi.
İnsan haqları fəalı İtay Mak demişdi ki, o İsrailin Azərbaycana silah satışının qadağan edilməsini “mənəvi məsələ” kimi təqdim edib, lakin vəsatətini əsaslandırmaq üçün kifayət qədər dəlili olmayıb.


Şərhlər
Pet isia əzazillərinə baxın-30 il hərbi işğalda saxlanan öz doğma evlərinə qayıda bilməyən azərbaycanlılara hüquqlarının bərpası üçün silah satmaq olmaz, işğalçı ermənilərə hamı silah da verməlidir və maddi yardımlar da etməlidir!?
Eşq olsun İsrail dölətinə və onun başçısına! Qusmana çox sağ ol deyirəm.
Sağolsun Qusman,sağolsun İsrail .Bunu unutmaq olmaz !