Menu

İsrailin keçmiş prezidenti İlham Əliyevə məktub göndərib

13.10.2020, 18:46
İsrailin keçmiş prezidenti İlham Əliyevə məktub göndərib

2007-ci ildə İsrailin Prezidenti, 2006-2009-cu illərdə Knessetin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri,

Bu çətin dövrdə Sizə dəstəyimizi ifadə edir və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrini bir daha vurğulayıram.

Son günlərdə mülki insanların qətlə yetirilməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Hazırda gözəl ölkəniz yeni çağırışla üz-üzədir. Ancaq təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Əminəm ki, uğurlu rəhbərliyiniz və müdrikliyiniz sayəsində Siz xalqınızı doğru yolla irəliyə aparacaq, bununla da hamı üçün sülhü və firavanlığı təmin edəcəksiniz.

Hörmətli cənab Prezident, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlu fəaliyyətini vurğulamaq istərdim. Mərkəzimiz nüfuzlu həmsədrləri, fəal və yaradıcı baş katibi ilə birlikdə hər zaman tolerantlığı, dialoqu, anlaşmanı və birgəyaşayışı təşviq edən qabaqcıl quruma çevrilməyə çalışır. Biz mərkəzdə bu məsələ ilə bağlı fikirlərimizi bölüşmək üçün mütəmadi görüşlər keçiririk".

Şərhlər

M.Əsgərov 2020-10-13 21:52:54

dost belə olar, dar gündə sınandılar artıq.......halal olsun sizlərə YƏHUDİLƏR!...

Xalq 2020-10-13 20:43:54

Qardaş Yahudi xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Sahin 2020-10-13 20:27:20

Qardas duz deyirsen men de gormemisem onlardan cox oyrenmek lazimdir bu cetin gunlerde hec felestinin iranin sesi cixmadi bunlari unutmaq olmaz biz coxdan israilde sefirlik acmaliydiq

Ədalət 2020-10-13 18:55:50

Vallah Yahudinin pisini görməmişəm həyatimda

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol