"İŞĞALDAN AZADETMƏ ƏMƏLİYYATIMIZ UĞURLA DAVAM EDİR! " - "Bu gün səhər Azərbaycan Ordusu daha böyük uğurlara imza atdı" (VİDEO)

“Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb".

“Report” xəbər verir ki, bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib. Və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Və bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək” - deyə, Prezident İlham Əliyev oktyabrın 13-də verdiyi müsahibədə vurğulayıb.

Prezidenti deyib ki, Ermənistan atəşkəsdən istifadə edərək yeni qüvvələr səfərbər etməyə cəhd edib: “Ermənistanın planları tam başqa idi. Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər”.

“Ancaq onlar yanıldılar. Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman olacaq və mən haqlı idim”, - Prezident vurğulayıb.

Prezident İlham Əliyev erməni ordusuna vurulan zərbələrdən danışıb: “Mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir”.

"Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdə keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Deyə bilərəm ki, erməni ordusuna çox böyük zərər vuruldu. 200-dən çox tank məhv edildi, 2 S-300 hava hücumuna qarşı qurğusu məhv edildi, 33 tank qənimət kimi götürülüb və bir çox başqa texnika məhv edildi və qənimət kimi götürüldü” - deyə, Prezident İlham Əliyev  vurğulayıb.


Dövlət başçısı qeyd edib ki, Azərbaycan bayrağını bütün işğal edilmiş torpaqlarda qaldıracağıq: “Biz daha böyük əzmlə, iradə ilə düşmənə qarşı vuruşacağıq”.

“Daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik. Azərbaycan bayrağını bütün işğal edilmiş torpaqlarda qaldıracağıq”, - dövlət başçısı bildirib.

Azərbaycan Prezidentindən F-16-larla bağlı daha bir açıqlama verib: “Türkiyə F-16-ları buradadır, onlar təlim zamanı gəlmişdilər. Təlimdən sonrakı erməni təcavüzündən sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyillər. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir”.

“O ki, qaldı əcnəbi insanlara. O da yalandır. Bu, bizə qarşı qarayaxmadır, iftiradır, böhtandır. Bir dənə də olsun bizə sübut gətirmədilər. Sadəcə olaraq Fransa və Rusiyadan belə açıqlamalar verildi. Dəlil yoxdur, heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir. Bizim kəşfiyyat orqanlarımız bizə ittiham gələn ölkələrlə əlaqədə oldular ki, bizə dəlil verin. Vermirlər. İndi mətbuatda kim yazırsa, yazsın, bizi maraqlandırmaz. Onsuz da Qərb mətbuatı həmişə Ermənistanın tərəfini tuturdu”, - İlham Əliyev bildirib.

“Türkiyədən heç bir insan bu döyüşlərdə iştirak etmir. O ki qaldı xarici insanların bu döyüşlərə cəlb edilməsinə, bu, yalandır. Bu, bizə atılan böhtandır. Bununla bağlı bir dənə də sübut bizə gətirilmir. Sadəcə olaraq, Fransa və Rusiyadan belə açıqlamalar verildi. Vəssalam” -deyə Prezident bildirib.

Prezidentin sözlərinə görə, bu məsələ barədə kim mediada yazması maraqlı deyil: “Bu, bizi maraqlandırmaz. Amma rəsmi şəxslərin bu cür açıqlamaları qəbuledilməzdir. Ya bunu sübut et, ya da öz sözlərini geri çək. Belə bir şey yoxdur, buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü orduya malikdir və bu məsələləri öz gücünə həll edir”.

“Xarici vətəndaşların iştirakına gəldikdə, bir baxsınlar Ermənistana. Orada nə qədər xarici terrorçu var. Orada PKK-lıların düşərgələri var, o cümlədən, Dağlıq Qarabağda da PKK-lıların düşərgələri var. Artıq biz bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də yıxıb, məhv edəcəyik. 

Orada öldürülən terrorçuların arasında onların üzərindən Kanada, Livan pasportları çıxıb. Onlar erməni əsillidir və ya deyil, bu, başqa məsələdir.

Yəni başqa ölkənin vətəndaşı gəlir, orada müharibə aparır. Bu, muzdlulardır”, - deyə prezident vurğulayıb.

“Orada öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb. Onlar erməni əsillidir və ya deyil – bu başqa məsələdir. Yəni, başqa ölkənin vətəndaşı gəlir orada müharibə aparır. Bu, muzdlulardır”, - prezident vurğulayıb.

Dövlət başçısı Moskva görüşündən danışıb: "Moskva görüşündə bizə hər hansı təqvim verilmədi. Biz də çox israr etməmişdik. Çünki Moskva razılaşmasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi”.

Dövlət başçısı qeyd edib ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi məqbul olmayan maddələrin razılaşmaya salınması təklifi olub: “Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi də o idi ki, bizə məqbul olmayan bəzi maddələr o razılaşmaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskva gələndə və artıq müzakirə masasına oturanda hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və müntəzəm olaraq biz əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim. O şərtlərdən kənarda hər hansı razılaşma mümkün deyildi. Ona görə biz vəziyyəti nəzərə alaraq, təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. 

Ancaq bu o demək deyil ki, bu təqvim təqdim olunmayacaq. Bu olacaq. Artıq müzakirə müddətində olacaq. O açıqlamada göstərildi ki, müzakirələr bərpa edilir - baza prinsipləri, yəni ki, Madrid prinsipləri əsasında... Bu da Azərbaycan torpaqlarının qaytarılmasını təsbit edir. Eyni zamanda danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Hər hansı “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bu bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, dərhal danışıqlar başlasın və təqvim bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Bu, çox uzunmüddətli vaxt ola bilməz. Biz 30 il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənib. Əminəm ki, əgər danışıqlar bərpa edilərsə, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu razılaşmanı pozması göstərir ki, onların niyyəti, sadəcə, olaraq vaxt qazanmaq, Azərbaycana öz hücumlarını davam etdirməkdir”.

“Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin – Ermənistan və Azərbaycanın razılığı əsasında olmalıdır. Hər kəs anlamalıdır ki, bu gün sülhməramlılarının göndərilməsi deyəndə burada Azərbaycan torpaqlarından söhbət gedir və bizim icazəmiz olmadan hər hansısa ölkə sülhməramlıları bizim torpaqlarımıza göndərə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və bu, qəbuledilməzdir” - deyə  Prezidenti İlham Əliyev “Haber Türk”ə müsahibəsi zamanı deyib.

“Belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan təməl prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulub. Yəni ilk növbədə bayaq qeyd etdiyim məsələlər həll edilməlidir: torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, kommunikasiya məsələləri, sərhədlərin açılması, ticarət. Ondan sonra sülhməramlıların gətirilməsi istisna deyil”, - ölkə başçısı qeyd edib.

Prezident  sülhdən sonrakı dönəm haqda da danışıb:  “O ki, qaldı sülhdən sonrakı dönəmə, bizim mövqeyimizdə hər hansısa dəyişiklik yoxdur. Bizim mövqeyimiz həm tarixi ədalətə, həm beynəlxalq hüquqa, həm də dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk qrupu çərçivəsində artıq təsbit edilib – 5 rayon, ondan sonra 2 rayon” - 

İlham Əliyev Qarabağ ermənilərinə də müraciət edib:“Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı artacaq, çünki orada indi səfalət hökm sürür. Biz ora sərmayə də qoyacağıq, biz orada sosial proqramları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”

Prezidenti İlham Əliyev daha sonra bildirib: “Paşinyanın sərxoş vəziyyətdə rəqsi və Azərbaycan xalqına qarşı təhqirləri xalqımızı haqlı olaraq hiddətləndirdi. Biz onun acısını bu gün döyüş meydanında çıxarırıq”.

Dövlət başçısının sözlərinə görə, döyüş meydanında Azərbaycan əsgəri göstərir ki, kim haqlıdır və kim nahaqdır: “Döyüş meydanında biz gücümüzü və xalqımızın iradəsini göstəririk. Paşinyanın digər təxribatları cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur.

Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad edilmiş şəhərlər və kəndlər bizim Paşinyana və onun kimi insanlara ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir”.

“Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniləri onun müdafiə edəcək.

O zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar. Bu gün də bunu istəyir. Bu gün də Rusiyanın Prezidenti hörmətli Vladmir Putinə dəfələrlə telefonla zəng edib. O telefon zənglərinin bir qismi mediaya verildi, bir qismi verilmədi.

Amma bizdə məlumat var ki, artıq son atəşkəsdən sonra Paşinyan Vladimir Putinə telefonla zəng edib və onun hərəkətləri göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir və özünü itirib.

Döyüş meydanında Azərbaycan ordusu düşmənə elə bir sarsıdıcı zərbə endirir ki, artıq onlar qeyri-adekvat vəziyyətə düşdülər”, - deyə Prezident qeyd edib.

Prezident qeyd edib ki, Paşinyan küçədən gələn bir adamdır: "Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil. Bir qəzetin müxbiri idi və küçədən gəlib rəhbər oldu və nə etdi bundan sonra? Ermənistanı fəlakətə apardı”.

“Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezident – hər ikisinə də cinayət işi açıldı. 2 ilə yaxın həbsdə qaldı, sonra onu buraxdı, ancaq cinayət işi qalır. Digərinə isə xaricə çıxmaq qadağası var. Müxalifət partiyasının sədrini həbsə atdı. Konstitusiya məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla adamlarını ora yerləşdirdi. Jurnalistləri həbslərdə çürüdür”, - Prezident vurğulayıb.

Ölkə başçısı həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Soros Fondunun bir məhsulu olduğunu vurğulayıb: “Hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır. Bu, postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq (Paşinyanın hakimiyyəti üçün problem nəzərdə tutulur - "Report") deyil. O, nə qədər çox qalsa, bizim üçün bir o qədər də yaxşıdır”.

635x100

Şərhlər

OQTAY 2020-10-14 19:11:49

Bu haqli davamizda,Ordumuzu Allah qorusun.Ermeni ve onlari himaye edenlere nehlet olsun, koku kesillecek

Son yazılar