“Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq?”
Bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir.
Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Baxın, Ermənistanın dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika?
Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”, - İlham Əliyev bildirib.

Şərhlər
Xalqimiz Prezidentimizle fexr edir ve arxasindadir!
Eşq olsun sizə, və sizin kamandanlığınız altında irəliləyən Azərbaycan Ordusuna, Cənab Ali Baş Kamandan... Bis sizinlə və sizin əmrinizlə irəli gedən ordu, və arxanızda dayanan xalqımıza fəxr edirik. YAŞASIN AZƏRBAYCAN. QARABAĞ AZƏRBAYCANDIR!
allAh sizqorusun möhtərəm prezident bu bəyanatlnlz ermənilərin belini qlrdli
Eşq olsun Cənab Ali Baş Komandanımıza !!! Azərbaycan sizinlə fəxr edir Cənab Prezidentim !!! Allahım sizi qorusun Gözəl İnsan !!!
Yaşa Prezdendim əla.
Eshq olsun Prezidentimize !!!! El helal qardashim !!!
Allah Sizi qorusun
Əzizim Ali Baş Komandanımız Cənab İlham Əliyev bir şeyi dəqiqliyi ilə bilin Siz ümumxalqın sevimlisiniz. Sizinləyik hər birimiz...
Sağ olsun belə ölkə rəhbəri.
Biz Sizinlə fəxr edirik.Allah Sizi qorusun
Möhtərəm prezident halal olsun sizə
Eşq olsun əziz prezidentimizə Eşq olsun esgerlerimizle eşq olsun bir yumruq kimi olan millətimə..qələbə bizimdir.
Əlinizə dilinizə sağlıq sizdəki savadın bir qramı Pasinyanda olsaydı ruscada ingiliscədən hiqqqana hiqqqana kekeleyir onları o günə qoymuşuq ki adicə hökumət evində müsahibə verərkən işıqları yanıb sönür
Əhsən .ancaq irəli dayanmaq yox onların adının suyunu verməsək getdikce hedderini daha da asacaqlar.İndi Pasinyan getsin viz viz bas arvadıyla Yerevanda hopustop getsin inşaallah susanda alarıq onda prezidentə və Mehriban xanıma yalvararlar Şuşaya gəlmeye.
Xalqinin xilaskarı siz meydanda tək deyilsiz sizin arxanızda dağ kimi xalqımız şanlı igid ordumuz Türkiyə kimi dostumuz var.her cür təzyiqlərə sinə gəlib qələbə sevincini bizə yaşadacaq siz inşaallah.Tarixe öz adınızı xalqının xilaskarı kimi yazacaqdim sizinlə və igid esgerlerimizle fəxr edirik.Qarabag bizimdir.Qarabag Azerbaycandir
Halal olsun. Ali baş komandan təşəkkürlər. Qarabağ Azərbaycandır!
Mənimlə mübahisə edənlərə qalib gəldim. Prezidentimiz, Ali Baş Komandanımız!!!
Tamamile dogru ve deqiq Allah sizi ve ölkemizi esgerlerimizi qorusun
Allah prezdentmisi qorusun
Əhsən sizə cənab prezident. Siznən fəxr edirijor.
Var olun Yasayin Cenab Ali Bas Komandanimiz yalniz ireli gedek Hormetli Prezident Cenab Ilham Əliyev Qarabag Azerbaycandir!
Var olun Yasayin Cenab Ali Bas Komandanimiz yalniz ireli gedek Hormetli Prezident Cenab Ilham Əliyev kimese bas qosmaga hec ehtiyacda yoxdu bir damla torpagimiz bele dusmene saxlanmasin .Komekde olsa nede olsa hec bir olkeye dexli yoxdu Sizin arxanizdayiq. Sebrli olmaga calisin oz bildiyinizle gedin
Cox deqiq ve duzgun tehlil etmisiniz,dilinize,elinize saqliq!!!
Dəqiq deyilib ümumiyyətlə bu şovinistləri yerinə oturtmaq lazımdır çox qudurublare elə təhqirlər yazırlar adamı çilədən çıxardırlar ermənipərəst satqınlar
Prezidentle tam raziyam. onu da teklif eferdim ki pozucu, xalqimizi, prezidenti o cumleden erdogani tehqir aden rusiya kanallarinin yayimi daysndirilmalidit bu rusiya cemiyyetinde boyuk rezonans dogurar
əla deyilib!
Yaşasın Azərbaycan! Sağolun Prezidentimiz və ordumuz! Qələbə bizimdir!
AZƏRBAYCANIN İNTELLEKTUAİ,SƏBRLİ, UZAQGÖRƏN PREZİDENTİ. EŞQ OLSUN SİZƏ!
HALAL OLSUN PREZİDENTİMİZƏ. Bu əla bəyanatdır
Sağ ol möhtərəm Prezident