Menu

“Adam içində” verilişinin eksperti öldürülüb

10.10.2014, 12:44
“Adam içində” verilişinin eksperti öldürülüb

Azərbaycanda “falçı-cadugər Timur” kimi tanınan Timur Nəsirov qətlə yetirilib.Bu barədə Publika.az-a Nəsirovun yaxınları məlumat veriblər. Bildirilir ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

Daha doğrusu ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib.

Aldığımız son məlumata görə, hadisə dünən baş verib. Bu gün səhər saatlarında Timurun ailəsi onun meyidini gətirmək üçün Dağıstana yola düşüblər.

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan “Adam içində” verilişinin daimi ekspertlərindən idi. Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

***

“Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər proqramın ekspertlərindən olan Timur Nəsirovun qətlə yetirilməsiylə bağlı Publika.az-a açıqlama verib:

“Kaş bu xəbər yalan olaydı. Bildiyimə görə, ailəsi Dağıstana gedib onun meyidini gətirmək üçün. Mən hər zaman efirdə də demişəmki, falçılara, cadugərlərə inanmayın. Özüm də belə şeylərin əleyhinəyəm. Amma Timur insan kimi çox yaxşı idi, böyük-kiçik yeri bilən idi. İndiyə kimi ondan artıq-əskik hərəkət görməmişdim”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol