"BU GECƏ BƏZİ STRATEJİ YÜKSƏKLİKLƏR DƏ GÖTÜRÜLÜB!" - Prezident yeni zəfərlərin anonsunu verdi

"Bu gecə uğurlu əməliyyat keçirilib, strateji yüksəkliklər götürülüb".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"Bu haqda hələ mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək", - Prezident deyib.

“Azərbaycan ordusu, bütün Azərbaycan xalqı bir amal altında birləşib. Gedən döyüşlərdə rəşadətli Azərbaycan ordusu düşmənlərimizi bizim torpaqlarımızdan qovur”. -deyə Prezident İlham Əliyev bildirib.

Prezident bildirib ki, müzəffər Azərbaycan ordusu hər gün yeni məntəqələri düşmən işğalından azad edir: “Azərbaycan ordusu hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir.

Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbələr vurulur. Biz onlara demişik, onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasa, biz onları iti qovan kimi qovacağıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar