Menu

Tanınmış müğənni qəza törədib hadisə yerindən qaçdı - VİDEO

10.10.2014, 13:29
Tanınmış müğənni qəza törədib hadisə yerindən qaçdı - VİDEO

Paytaxtın Nəsimi rayonu ərazisində müğənni Elton Hüseyinəliyev yol qəzası törədib. ANS-in “Salam Azərbaycan” verilişi xəbər verir ki, hadisə Ceyhun Hacibəyli və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə Elton idarə etdiyi BMW markalı minik avtomobili ilə dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən maşını yol kənarındakı səkilərə çırpıb.

Nəticədə maşının ön hissəsi yarasız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücü müğənni Elton Hüseynəliyev olub. Maşını səkilərə çırpan mügənni özü avtomobilini ərazidə qoyaraq hadisə yerindən uzaqlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol